Respublika Diaqnostika Mərkəzi uşaq evində xeyriyyə aksiyası həyata keçirdi
26.08.2020 20:52

Avqustun 26-da Respublika Diaqnostika Mərkəzinin (RDM) heyəti Şağan qəsəbəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində xeyriyyə aksiyası həyata keçirib. Mərkəzin peşəkar həkimləri bu müəssisədə dövlət himayəsində yaşayan və xüsusi qayğıya ehtiyac duyan, xüsusilə də ağır sağlamlıq problemləri olan uşaqları müəssisənin öz həkim heyəti ilə birgə bir neçə saat ərzində müayinə ediblər. Müəssisənin baş həkimi daxili həkim heyəti ilə birgə əlavə məsləhətləşmələr apararaq, yeni müalicə metodları təklif edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildirilib.

 

Qeyd edək ki, 1 saylı sosial xidmət müəssisəsində yaşayan yüzlərlə uşaq üçün müasir tələblərə cavab verən şəraitin yaradılmasında Heydər Əliyev Fondunun böyük dəstəyi var. Bu kimi tədbirlər bir daha göstərir ki, Azərbaycanda xüsusi qayğıya ehtiyac duyan uşaqlara diqqət və onların tibbi xidmətlərlə təmin edilməsi ölkəmizdə tətbiq edilən uğurlu sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır