Həkim-terapevt: "Delta" ştamının yayılması da yoluxma sayının artmasında mühüm rol oynayır"
20.08.2021 10:14
Mütəxəssislər virusa yoluxma sayının artmasının səbəbləri barədə danışarkən qeyd edirlər ki, vaksinasiya sürətlə davam etsə də, karantin rejiminin yumşaldılması: ictimai-iaşə obyektlərinin, şadlıq evlərinin, “Mall”ların öz fəaliyyətini bərpa etməsi, kütləvi tədbirlərin keçirilməsi, bununla da insanlar arasında sosial məsafənin saxlanılmaması, təmasların artması yoluxma sayının artmasına şərait yaradıb.
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Xumar Novruzova “Koronavirusa yoluxmalar yenidən artır. Özümüzü qorumaq üçün nələri etməliyik” sualını cavablandırarkən belə deyib.
19 avqust 2021-ci il üçün dünya üzrə koronavirusun yayılma statistikasına nəzər salsaq, görərik ki, bu günə qədər yoluxmaların sayı 210 477 594, ölüm hallarının sayı 4 411 792 olmuşdur. Hazırda bütün dünyada aktiv kovid xəstələrinin sayı 17 529 863 nəfərdir.
Son günlər Azərbaycanda da koronavirus infeksiyasına yoluxma halları 4 mini keçib. Ölüm hallarının da sayı artaraq 20-ni ötüb. Təbii ki, bu da ölkəmizdə hər kəsin narahatlığına səbəb olub.
Dünya alimləri bu öldürücü virusu aradan qaldıran dərman tapmayıblar. Hələlik koronavirusdan yan keçməyin, yüngül keçirməyin yeganə yolu vaksinasiyadır. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da vaksinasiya prosesi sürətlə gedir, 6 milyona (18 avqust 2021-ci il – 5 932 734) qədər vaksin dozası vurulub. Lakin reallıq odur ki, son günlər koronavirusa yoluxmalar yenidən kəskin artıb. Ona görə də, virusdan qorunmaq üçün qoyulan məlum qaydaları bir daha nəzərdən keçirək.
Eyni zamanda, koronavirusun “Delta” ştammının yayılması da yoluxma sayının artmasında mühüm rol oynayır.
Bir həkim kimi məsləhət görərdim ki, insanlar çimərliklərdə, toy və yas mərasimlərində, avtobus dayanacaqlarında sosial məsafə qorusunlar, qoyulan qadağalara əməl etsinlər.
Təkrar da olsa, vurğulamaq istəyirəm ki, koronavirusa yoluxmamaq üçün ən etibarlı yol – vaksinasiyadır. Peyvənd olunanlar arasında yoluxma riski azalır və xəstələndikdə də, bunu bir qədər yüngül keçirirlər.
Peyvəndlə yanaşı tibbi maskalardan düzgün istifadə etmək, sosial məsafə saxlamaq və gigiyena qaydalarına riayət etmək də mühüm rol oynayır.
Bu sadə qaydalara riayət etməklə, koronavirusdan qorunmaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

