"AQTA maarifləndirir": subtropik bitkilər və onların zərərvericiləri
19.08.2021 18:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.
Aztibb.az xəbər verir ki, AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasının mütəxəssisi Nəzakət Abasovanın hazırladığı budəfəki maarifləndirici mövzumuz isə ilboyu gündəlik qidalanmada istifadə olunan subtropik bitkilər və onların zərərvericiləri haqqındadır.
Subtropik bitkilər çoxillik, həmişəyaşıl, az hallarda yarpaqlarını tökən, kol və ya ot bitkiləridir. Subtropik bitkilərdən bir qrupu qışda yarpağını tökür. Sitrus bitkiləri, zeytun, muşmula, feyxoa, dəfnə və digərləri isə qışda yarpağını tökmür və buna görə də həmişəyaşıl bitkilər adlandırılır. Bu tip bitkilər əsasən subtropik iqlimə malik ərazilərdə becərilir. Azərbaycanda da subtropik bitkilərin becərilməsi üçün əlverişli iqlim, torpaq şəraiti var.
Subtropik bitkilər zəngin kimyəvi tərkibi və yüksək qidalılığına görə çox qiymətlidir. Həmçinin bu tip bitkilər konservləşmə, qənnadı, efir yağı emalı və s. sahələr üçün əvəzolunmaz xammaldır. Subtropik ərazilərdə yetişən texniki bitkilər də istehsalatda vacib əhəmiyyət kəsb edir.
Sitrus bitkiləri Azərbaycanın subtropik iqlimə malik ərazilərində, xüsusilə də Lənkəran, Astara rayonlarında geniş miqyasda becərilir. Yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik sitrus bitkilərinin tərkibi orqanizm üçün zəruri olan bir çox maddələrlə zəngindir. Belə ki, bu meyvələrin tərkibində qlükoza, saxaroza, fruktoza (limonda 1.2- 2.4 %, naringi 7-9.65 %-dək) C, D, A, B1, B2, E, PP vitaminləri, orqanik turşu duzları, askorbin turşusu (naringi şirəsində 32.1 mq %-dan, limon şirəsində 64.3 mq %-dək), pektin maddələri vardır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

