Uzman həkim: "Öskürək ürək tutması və infarkt öncəsi vəziyyətdən xəbər verə bilər" 
19.08.2021 11:11
Hər öskürəyi soyuqdəymə, ağciyərlərlə əlaqələndirmək yanlışdır. Öskürək ürək tutması və hətta infarkt öncəsi vəziyyətdən xəbər verə bilər.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, ağciyərləri qan va oksigenlə təmin edən əsas orqan ürəkdə problem olduğu üçün ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, öskürək baş verir.
 
Ürəkdən qaynaqlanan öskürəyi təyin etmək üçün aşağıdakılara diqqət etməli:
 
- Əvvəlcə öskürək tutmaları müəyyən hərəkət və vaxtlarda baş verir: məsələn, uzanılı vəziyyətdə.
- Daha sonra öskürək intensivləşərək, quru olur.
- Ağır ürək çatışmazlığında isə öskürək zamanı qan gələ bilər.
- Öskürək təkcə bəlli yaşlarda deyil, uşaqlarda da ola bilər. Daha çox anadangəlmə ürək qüsurlu uşaqlarda rast gəlinir.
- Ürək öskürəyi quru olur, ağciyərlərdən bəlğəm gəlmir.
- Xəstə dərindan nəfəs ala bilmir. Tez-tez səthi nəfəs alıb
verir.
- Horizontal vəziyyətdə uzanmaq ona çətin olur, yarımoturaq vəziyyətdə özünü normal hiss edir.
- İnfarktdan bir həftə və ya bir neçə gün əvvəl daxildə bir
soyuqluq, titrətmə hiss olunur.
 
Ürək öskürəyi bu patologiyalar zamanı baş verir: kardiomiopatiya, miokardit, perikardit, klapan çatışmazlığı, ürəyin işemik xəstəliyi, damarların sterosklerozu, yüksək təzyiq, aritmiyalar, ürək qüsurları, ağciyər hipertenziya, kardioskleroz.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev