Həkim-terapevt: "İsti qum revmatizm xəstəliyi zamanı müsbət təsir göstərir"
19.08.2021 08:35

Dəniz qumu orqanizm üçün günəş qədər faydalıdır. İslanmış dəniz suyunda gəzmək qan damarlarının genişlənməsinə və qan təzyiqinin sabitləşməsinə kömək edir. Eləcə də dəniz qumu yüksək tərləməni normaya salır. Qumun üzərinə uzanmaq ifraz olunan təri özünə çəkir.

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov belə deyib: “Xəzər qumu xırda hidroskopik şəkildə olduğuna görə faydası çox böyükdür. Mayeni çox güclü formada özünə çəkir. Dəniz qumunun tərkibində olan kvas günəş şüalarını dəriyə daha yaxşı ötürür, xırda kapilyarları genişləndirir, tərləməni təmin edir və tərləmə ilə birlikdə toksiki maddələrin xaric olmasına kömək edir”.

 

İsti qum revmatizm xəstəliyi zamanı müsbət təsir göstərir. Dənizdən müəyyən miqdarda qum götürüb isidərək oynaqlardakı nahiyələri örtmək məsləhətdir. Yarım saatdan sonra onu ilıq su ilə yuyub iki saat istirahət etmək çox yaxşı nəticələr verir. “Həmin proseduru günortadan sonra etmək daha məsləhətlidir, çünki günəş şüaları qumu qızdırıb maksimum temperatura çatdırır və müalicəvi təsiri daha da artmış olur”, -deyə həkim-terapevt bildirib.

 

Dəniz qumu hətta miqren xəstəliyinin müalicəsi üçün də faydalıdır. Lakin isti qumu bütün hallarda xeyirli hesab edib saatlarla qumdan çıxmamaq da olmaz, çünki onun zərərli cəhətləri də var. Məsələn, təzyiq, şəkər, ürək xəstəliyi olanların ayaqlarını quma basdırması tövsiyə olunmur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev