Koronavirusdan sonra tökülən saçları bərpa etmək üçün ÜSULLAR
18.08.2021 22:29

Moskva Dövlət Universiteti klinikasının endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Zuxra Pavlova koronavirus infeksiyasından sonra tökülən saçları bərpa etməyin yollarını açıqlayıb.

 

Aztibb.az Rusiya KİV-nə istinadla xəbər verir ki, endokrinoloq qeyd edib ki, koronavirusa yoluxan şəxslər xəstələnəndən təxminən bir ay sonra saç tökülməsindən şikayətlənirlər.

 

Z. Pavlova bildirib ki, COVID-19 zamanı bədən metabolik xəstəliklər də daxil olmaqla, ağır stress yaşayır və nəticədə saçlar tökülməyə başlayır.

 

Endokrinoloq hesab edir ki, düzgün qidalanma və fiziki aktivlik kökü zəifləmiş saçları qidalandırmaq və bərpa etmək üçün ən yaxşı vasitədir.

 

"Zülalla zəngin qidalardan istifadəyə üstünlük vermək, vitaminlərin qəbulu, çox gəzmək və aerobika ilə məşğul olmaq saçların qidalanmasına müsbət təsir göstərir", - deyə həkim bildirib. 

 

Mütəxəssis, həmçinin əlavə edib ki, saçları sıx yığmaq, onları fenin istisi ilə səliqəyə salmaq və köklərini boyamaq saç tökülməsini sürətləndirən səbəblərdəndir. 

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
 Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib