Siqaret tüstüsünə məruz qalan uşaqları gələcəkdə hansı təhlükə gözləyir? – ARAŞDIRMA
18.08.2021 16:33

ABŞ-ın Harvard Universitetində aparılmış tədqiqatın nəticələrinə görə, siqaret tüstüsünə məruz qalan uşaqlarda romatoid artrit  xəstəliyinin inkişafı riski artır.

 

Aztibb.az xarici KİV-lərə istinadla xəbər verir ki, valideynlərin çəkdiyi siqaretin tüstüsünə məruz qalan uşaqlarda yetkinlik dövründə romatoid artrit (iltihablı revmatizm) inkişaf edə bilər.

 

Belə ki, Harvard Universitetinin nəzdində olan Brigham Qadın Xəstəxanasından olan mütəxəssislər uşaqlıqda valideynin çəkdiyi siqaret tüstüsünə məruz qalma ilə sonrakı yaşlarda seropozitiv romatoid artrit (RA) riski arasında birbaşa potensial əlaqənin olduğunu aşkar ediblər. Araşdırmaların nəticələri “Arthritis & Rheumatology” jurnalında dərc edilib.

 

Tədqiqat çərçivəsində 1989-2017-ci illər arasında 35-52 yaşlarında 90.923 qadınla aparılan sorğulardan toplanan məlumatlar istifadə edilib. Passiv siqaretçəkmə üç kateqoriyaya bölünüb: hamiləlik dövründə siqaret çəkmə, uşaqlıqda valideynlərin siqaret çəkməsi və 18 yaşından sonra siqaret çəkənlərlə keçirilmiş illər. Araşdırma uşaqlıq dövründə valideynlərin çəkdiyi siqaretin tüstüsünə məruz qalanların RA ehtimalının yüzdə 75% artdığını göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev