Həkim dənizdə ölüm təhlükəsi ilə üzləşən şəxsi xilas edib
18.08.2021 12:05

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aygün İsmizadənin sayıqlığı nəticəsində gənc ölümdən xilas edilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, hadisə Xaçmaz rayonunda baş verib. İstirahət mərkəzində bir nəfər dənizdə olduğu zaman ürək tutması ilə huşsuz vəziyyətə düşüb və yaxında olan vətəndaşların yardımı nəticəsində sahilə çıxarılıb. Orada istirahətdə olan həkim Aygün İsmiyeva dərhal həmin şəxsə ilkin yardım olaraq ürək masajı etməyə başlayıb. 107 kq çəkidə olan vətəndaşı 25 dəqiqə davam edən ürək masajından sonra həyata qaytarmaq mümkün olub.

 

Aygün İsmiyeva bildirib ki, bu, artıq peşə vərdişidir: "Hər zaman və hər yerdə hadisələrə dərhal müdaxilə etməyi özümüzə borc bilirik. Oğlum dənizdə bir nəfərin öldüyünü dediyi anda sahilə qaçdım. Vətəndaşın ürək dayanmasından huşsuz vəziyyətdə olduğunu gördüm və dərhal ürək masajı etməyə başladım. Çox sevinirəm ki, yardımım nəticəsində həmin adamın həyatını xilas etmək mümkün oldu. Səhiyyə Nazirliyinin həkimi olaraq vətəndaşlarımıza hər zaman xidmət etməyə hazırıq".

 

Səhiyyə Nazirliyi göstərdiyi ilkin tibb yardım nəticəsində vətəndaşı yenidən həyata qaytaran qəhrəman həkimə təşəkkürünü bildiririb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır