İyulda 7 mindən çox xəstə müqaviləli tibb müəssisələrinə yönləndirilib
18.08.2021 11:10

2021-ci ilin yanvar-iyul ayları ərzində ölkə üzrə 7 680 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlar və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Məlumata görə, bu şəxslərin 262 nəfərini uşaqlar təşkil edib.

 

Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2367, oftalmologiya üzrə 1141, urologiya üzrə 471, neyrocərrahiyyə üzrə 332, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə 8 nəfər əməliyyat olunub.

 

Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfər isə 18 yaşdan aşağı şəxslər olub.

 

Eyni zamanda 18 yaşdan yuxarı 2908 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib.

 

Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır