Yayda hansı dəri xəstəlikləri müşahidə olunur?
17.08.2021 22:48

Yay aylarında dəri xəstəlikləri ilə müraciətlərin səbəbləri və mahiyyəti dəyişir, amma say artmır.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-dermatoloq Emil Muradxanlı deyib. O, yay fəslində müşahidə olunan dəri xəstəlikləri ilə bağlı məlumat verib:

 

"Bütövlükdə yay fəslini 3 hissə olaraq götürsək, ilk hissədə, yəni ilk 4-5 həftə ərzində əsasən günəş şüalarına ciddi həssaslığı olan dəri xəstəlikləri (rozasea, porfiriya, fitofotodermatit) üstünlük təşkil edir. Yayın ikinci yarısı əsasən dəri büküşləri problemləri (bişməcə, göbələk xəstəlikləri), qida toksikozları (əsasən çiyələk və qarpız buna səbəb olur) və əlbəttə, günəş yanıqları daha çox müşahidə olunur. Yayın üçüncü fazasında isə əsasən piqment problemləri, lazer yanıqları (bronzlaşmış dəriyə yanlış doza tətbiqindən yaranan və piqmentlə əvəz olunan yanıqlar) və müxtəlif dəri səpkiləri yarana bilir".

 

Həkim icarəyə götürülmüş geyimlərlə bağlı da bəzi yüngül xəstəliklərin olduğunu deyib, lakin bütövlükdə bu geyimlərin ciddi infeksiya mənbəyi olmadığını diqqətə çatdırıb:

 

"İcarəyə götürülmüş paltarlarla bağlı nə qədər qəribə səslənsə də, 1-2 hal istisna olmaqla ümumiyyətlə problem yaranmır. Mən bu geyimlərini infeksiya mənbəyi hesab etmirəm. Ən azından ciddi infeksiya mənbəyi deyillər. Burada bəzi göbələk və bakterial xəstəliklər müşahidə edilə bilər, amma praktikada normal immunitetə sahib insanların bunu asanlıqla dəf etdiyini görürük. İcarəyə paltar götürən şəxslərə tövsiyəm budur ki, istifadədən əvvəl mütləq gigiyenik qaydalara riayət etsinlər. Yuyula bilməyən paltarları istifadədən ən azı 1 gün əvvəl sprey şəklində olan xlorheksidin məhlulu ilə dezinfeksiya etsinlər. Burada sahibkarların üzərinə ciddi məsuliyyət düşür. Onlar paltara istismar müddəti və müştəri sayı məhdudiyyəti tətbiq etməlidirlər. Həmçinin hüquqi baxımdan dezinfeksiya zamanı istifadə edilmiş maddələr və istifadəçi sayı barədə yeni müştərilər məlumatlandırılmalıdır".

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları”