“Sağlam Ahıllar” xeyriyyə layihəsinə start verilib - Heydər Əliyev Fondu ilə Dövlət Gömrük Komitəsinin iş birliyi
26.08.2020 17:43

Layihə çərçivəsində ilk tədbir 26 avqust 2020-ci il tarixində Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlillər pansionatında keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Ceyhun Məmmədov ölkəmizdə ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını, onların sosial və sağlamlıq problemlərinin hər zaman diqqət mərkəzində olduğunu bildirib:

 

"Bu istiqamətdə görülən işlərə, həyata keçirilən layihələrə dövlətimizlə yanaşı, Heydər Əliyev Fondu da öz böyük töhfəsini verir. Bu diqqət və qayğı müharibə və əmək veteranları üçün nəzərdə tutulmuş bu gözəl pansionatda da açıq-aydın hiss olunur. Mən çox şadam ki, bu gün Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Heydər Əliyev Fondunun bu pansionatın sakinləri üçün keçirtdiyi xeyriyyə aksiyasına qoşulub.

 

Tədbirə tabeliyimizdə olan Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimlər briqadası cəlb edilib. Məqsədimiz ahıl insanları müayinə etmək, onlarda olan xəstəliklərin erkən aşkarlanmasına və qarşısının alınmasına köməklik göstərməkdir. Onu da qeyd edim ki, Heydər Əliyev Fondu ilə birgə start verdiyimiz “Sağlam ahıllar” layihəsi il boyu mütəmadi olaraq bu pansionatda davam etdiriləcək.”

 

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva, invaziv kardioloq Emin Hacıbalayev, damar cərrahı Səbuhi Dadaşov, oftalmoloq Ülfət Cəfərova, USM həkimi Günay Əhmədova pansionatın yaşlı sakinlərini müayinə edib, onlara tibbi məsləhətlər verib, lazım olan müalicələri təyin ediblər. Tədbir çərçivəsində həkimlər briqadası tərəfindən pansionatın 150-yə yaxın sakini kardioloji, oftalmoloji, doppler və ultrasəs müayinələrindən keçib.

 

Tədbirin sonunda Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Samirə Musayeva və pansionatın sakinləri bu cür xeyirxah aksiyanın keçirilməsinə görə Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova dərin minnətdarlığını bildiriblər. Pansionatın direktoru Samirə Musayeva bildirib ki, “Sağlam Ahıllar” xeyriyyə layihəsinin həyata keçirilməsi burada ahılların özlərini qayğı, dəstək mühitində hiss etmələri və sağlamlıqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir:

 

"Bü gün keçirilən “Sağlam Ahıllar” tibbi müayinə tədbiri ahıl insanlar üçün ilk növbədə çox böyük mənəvi dəstəkdir. Bu cür tədbirlərin hər biri ahıl insanlarda sonsuz sevinc və fərəh hissi yaradır. Onlar bir daha dərk edirlər ki, heç də həyatda tənha deyillər, Azərbaycan dövləti daim onların himayədarıdır və daim onların yanındadır".


Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən pansionat sakinlərinə hədiyyələr təqdim olunub və tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub