Ürək-damar cərahiyyə uzmanı: "Tromboemboliya ən sıx rastlanan emboliya növüdür"
17.08.2021 13:12
Normal halda qanda rast gəlinməyən hissəciklərin qanla hərəkətinə və damar mənfəzinin tutulmasına səbəb olan prosesə emboliya deyilir.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb. 
 
Həkimin veridyi məlumata görə, embol isə adətən, trombun qopmuş hissəsi və qan damarı ilə hərəkət edən bir kütlə kimi başa düşülür. Embollar ən çox sıxlıqla aşağı ətraf (45-60%), daha sonra isə yuxarı ətraf damarlarında (% 9-13) müşahidə olunur.
 
Əlamətləri
 
Qəflətən baş verən, ağrıkəsicilərlə aradan qaldırıla biləməyən çox şiddətli ağrılar, üzvlərdə soyuma və avazıma, göyərmə, bəzi hallarda hərəkət qüsurları, ani damar tıxanmaları əsas əlamətlərdir.
 
- Endogen mənşəli embollar (tromb, piy, toxuma və hüceyrə, dölyanı su emboliyası);
- Ekzogen mənşəli embollar (hava, qaz, bərk konsistensiyalı yad maddələr, bakteriya və parazit emboliyaları).
 
Tromboemboliya ən sıx rastlanan emboliya növüdür. O, trombun damar divarından qopması nəticəsində əmələ gəlir.
 
Kimlər tromboemboliya riski daşıyır?
 
– ürək-damar çatışmazlığı olanlar;
– ağır cərrahi müdaxiləyə məruz qalmış şəxslər;
– qanın laxtalanma sistemində patologiyaları olanlar;
– ciddi travma və zədə almış şəxslər.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev