Zeytun yağının 10 ÖZƏLLİYİ
17.08.2021 10:09
Zeytun yağı tərkibində yüksək miqdarda yağ turşuları olan zeytun ağacının meyvəsindən alınır. Zeytun yağı alarkən onun salatlar və ya qida üçün istifadə olunmasını nəzərə almaq lazımdır. Zeytun konservləşdirilmiş, rafinə edilmiş və rafinə edilməmiş halda satılır. Zeytunun müxtəlif rənglərdə olması onun yetişdiyi ərazidən və növündən asılıdır. Zeytunun keyfiyyəti isə onun yetişdirilməsi zamanı istifadə edilən kimyəvi gübrələrdən və ya zeytunun növü ilə əlaqədardır. Keyfiyyətli zeytunun tünd dadı və xüsusi ətri olur. Ondan alınan yağın rəngi isə növündən asılı olaraq fərqli olur.
Rafinə edilməmiş zeytun yağının bir çox faydaları var.
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov rafinə edilməmiş zeytun yağının 10 özəlliyini təqdim edib:
1. Yediyiniz yeməklərə və salatlara başqa yağları çox töksəniz xolesterin yüksələcək, amma zeytun yağını nə qədər çox töksəniz o qədər yüksək xolesterin azalacaq.
2. Başqa yağların çoxluğu mədədə qıcqırmaya səbəb olsa da, zeytun yağı isə çox olduqca turşuluq azalır.
3. Digər yağları bol yesəniz öddə və böyrəkdə daş əmələ gələcək, amma zeytun yağını bol-bol yedikcə daşlarınız yavaş-yavaş əriyəcək.
4. Başqa yağları çox yedikcə kökələcəksiniz, zeytun yağı isə piylənmə vermir. Başqa yağları udduqda boğazda azda olsa qıcıqlanma yaradır, zeytun yağı heç vaxt qıcıqlanma yaratmır.
5. Əsl zeytun yağı soyuducunun buzxanasında kərə yağı kimi bərkiməlidir.
6. Zeytun yağı dərinin ən yaxın dostudur, günəş altında bütün bədəninizi zeytun yağı ilə yağlayıb ən azı bir saat gözləyin dəriniz pambıq kimi yumşaq, rezin kimi elastik olacaq.
7. Əgər dırnaqlarınız tez sınırsa, elastik deyilsə, saçınız sərtdirsə zeytun yağından bol-bol vurun, nəticəni az bir vaxtdan sonra görəcəksiniz.
8. Zeytun yağından bol istifadə edənlərin dərisi parlaq olar, sellülitləri olmur.
9. Uşaqlarına süd verən anaların döş uclarında əmələ gəlmiş çatlaqlar üçün zeytun yağı əvəzolunmazdır.
10. Zeytun yağı sümükləri bərkidir, əzələləri qıcolmadan qoruyur.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

