"Heç bir şikayəti olmayanlarda da ürək xəstəliyi aşkarlana bilər" - Ürək-damar cərahiyyə uzmanı
16.08.2021 13:06
"Ürəyimdə bir problem olsaydı, bunu hiss edərdim" deməyin. Çünki ürəklə bağlı problemlər bəzən simptomsuz irəliləyə bilər və bunu hiss etmərik".
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb. 
 
Həkim qeyd edib ki, miokard infarktında belə döş qəfəsində klassik ağrı, yanma hissi, təngnəfəslik, soyuq tər əlamətləri olmaya bilər. ABŞ kardiolaqlarının araşdırmalarına görə, infarktların 45 faizi atipik baş verir. Atipik odur ki, ya ağrısız olur, ya da ki, o qədər də miokard infarktına xarakterik olan əlamətlər olmur. Ya qolunda, dişində ağrı olur, ya da başgicəllənmə və ürəkdöyünmə ilə özünü göstərir. Vaxtında həkimə müraciət edilmədikdə daha çox ağırlaşma olur.
 
Onun sözlərinə görə, səyirici aritmiyası olan xəstələrin yarısına qədəri bəzən bilmirlər ki, onlarda bu xəstəlik uzun illər olub. İnsult xəstələrinin üçdə birinin səbəbi ürək mənşəlidir. Bu da əsasən səyirici aritmiya səbəbindən baş verir. Belə xəstələrin 30 faizi insultla xəstəxanaya düşəndə bilirlər ki, onlarda səyirici aritmiya var imiş:
 
"Anadangəlmə, qazanılmış ürək qüsurları illərlə heç bir şikayət yaratmaya bilər. Uzun müddətdən sonra xəstələrdə təngnəfəslik, ödemlər, tez yorulma kimi əlamətlərlə özünü göstərə bilər ki, artıq bu mərhələdə xəstədə ürək çatışmazlığı inkişaf edir, ürək kameralarında böyümə gedir, yəni gecikmiş bir mərhələ olur.
 
Heç bir şikayətiniz olmasa belə, vaxtaşırı həkimə müraciət etmək, bir problem varsa, vaxtında bunları aşkarlamaq lazımdır. Xüsusilə diabet xəstələri, yüksək təzyiqdən və artıq çəkidən əziyyət çəkən insanlar rutin müayinələri axsatmamalıdırlar".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev