Qarpız qabığının FAYDALARI
15.08.2021 10:12

Qarpızın qabığı özü qədər faydalıdır. Qarpız qabığındakı ağ maddə dişləri ağardır və parlaq edir, qurdları tökür. O, həm də böyrəkləri və öd kisəsini kiçik ölçülü qumlardan təmizləmək üçün mükəmməl vasitədir. Qarpız qabığı suyu həm ödqovucu, həm də sidikqovucudur. Qarpız qabığını müalicə məqsədilə istifadə etmək üçün qalın qabıq qarpız götürüb üstündəki tam yaşıl hissəni soyub altındakı ağ maddəni qurudub bütün il boyu istifadə edə bilərsiniz.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. 

Bildirib ki, qurudulmuş qarpız qabıqlarından 2 xörək qaşığı götürüb 3 stəkan suda 10 dəqiqə vam odda qaynadıb, sonra süzüb gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan içmək faydalıdır. Müalicənin müddəti 1 aydır.

 

"Qarpız yeyilən vaxtlarda da bu müalicədən faydalana bilərsiniz. Belə ki, qalın qabıqlı qarpızların üst yaşıl hissəsini soyub altında qalan ağ maddəni sürtkəçdən keçirib salatlara qarışdırıb yeyə bilərsiniz", - deyə həkim vurğulayıb. 

 

Onun sözlərinə görə, qarpız qabığında üz dərisini təravətləndirici maddələr var: "Qarpız qabıqlarını blenderdən keçirib üzə çəkib 20-30 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Qarpız qabığındakı amin turşular həm kişilərdə, həm də qadınlarda cinsi istəyi gücləndirir. Qarpız qabığındakı zəngin liflər bağırsaq tənbəliyində, qəbizlikdə çox faydalıdır. Babasildən əziyyət çəkənlər qarpız qabığının dəmləməsindən faydalana bilər. Qarpız qabığındakı antioksidantlar (likopen) xərçəng xəstəliyinin müalicə və profilaktikası üçün faydalıdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev