Genetik Ehtiyatlar İnstitutunun alimi ABŞ-da tədqiqatını uğurla başa vurub
26.08.2020 13:25

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Dənli-taxıl və paxlalı bitkilər şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Cəmalə Eldarova ABŞ-ın Azərbaycandakı səfirliyinin 2019-2020-ci illər üçün elan etdiyi “Fulbrayt” elmi-tədqiqat səfər proqramının qalibi olub.

 

Genetik Ehtiyatlar İnstitutundan Aztibb.az-a bildirilib ki, C.Eldarova ABŞ-ın Kolorado Dövlət Universitetinin Torpaq və bitkiçilik elmləri şöbəsində, Buğdanın seleksiyası və genetikası qrupunda 10 ay müddətində “Yumşaq buğdada quraqlığa davamlılıqla əlaqəli genlərin müəyyənləşdirilməsi və sekvenslənməsi” mövzusunda tədqiqat işini yerinə yetirib. Cəmalə Eldarova COVID-19 pandemiyası dövründə seleksiyada böyük əhəmiyyət kəsb edən KASP markerlər, onların dizayn edilməsi metodikasını və lazımi proqramları da mənimsəyib.

 

Həmçinin gənc alim səfər müddətində şöbənin həftəlik seminarlarında iştirak edib, istixanada işləmək üzrə təcrübə keçib, tarla tədqiqatlarına qatılıb, Genetik Ehtiyatların Qorunması üzrə Milli Mərkəzi ziyarət edib. Onun bu müddətdə Dr.Norman Borlaug fonduna olan müsahibəsi də dərc olunub.

 

Beləliklə, Cəmalə Eldarova ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən “Fulbrayt” proqramını uğurla başa vurub. O, hazırda tədqiqatın nəticələrinə dair beynəlxalq məqalə üzərində çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır