Baş pediatr: Artıq çəkili uşaqlar koronavirusu daha ağır keçirirlər
14.08.2021 13:38

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan uşaqların 84-85 faizində infeksiya ya yüngül, ya da simptomsuz keçir. Qızdırma, öskürək, mədə-bağırsaq pozuntuları xəstəliyin əlamətləridir. Uşaqlar koronavirusu böyüklərə nisbətən yüngül keçirsələr də, bəzilərində ağırlaşmalar müşahidə olunur və onlar xəstəxanaya yerləşdirilirlər.


Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatr Erkin Rəhimov bildirib.
Onun dediyinə görə, hazırda COVID-19 infeksiyasına uşaqlar arasında da rast gəlinir: “Bütün dünyada koronavirus əleyhinə vaksinasiya böyüklərə şamil edildiyi üçün uşaqlar prosesdən kənarda qalıb. Hətta bəzi ölkələrdə 18 yaşdan yuxarı hər kəs peyvəndlənib. Ona görə də böyüklər daha az xəstələnirlər”.

 

Baş pediatr bildirib ki, əgər uşaqlarda iştahsızlıq, mədə-bağırsaq pozuntuları, yüksək hərarət və öskürək əlamətləri varsa, onlardan mütəq yaxma götürülərək virusa yoluxmanı öyrənmək lazımdır: “Koronaviruslu uşağın ağciyələrinin vəziyyəti yaxşıdırsa, evdə müalicə oluna bilər. Virusla mübarizə üçün uşaqlar bol maye qəbul etməlidirlər. Bədən temperaturu normada saxlanılmalıdır. Uşağa lazımsız antibiotiklər təyin etmək olmaz, xəstə həkim məsləhəti ilə müalicə olunmalıdır. Ağırlaşma olduğu halda, uşaqlar xəstəxanaya yatırılmalıdır. Koronavirus əsasən risk qrupuna daxil olan uşaqlarda ağır keçir. Bir yaşdan kiçiklər, yanaşı xroniki böyrək, ürək, ağciyər xəstəliyi olanlar, serebral iflic, xərçəngdən əziyyət çəkənlər COVID-19-u ağır keçirə bilərlər. Həmçinin artıq çəkili uşaqlarda infeksiyanın əlamətləri digərlərinə nisbətən daha kəskin olur”.

 

E. Rəhimov qeyd edib ki, bir neçə peyvənd, o cümlədən Azərbaycanda da istifadə edilən “SinoVac” və “Pfizer” vaksinləri bəzi ölkələrdə uşaqlar üzərində sınaqdan keçirilib: “Tədqiqatlar göstərib ki, “Pfizer” peyvəndi 12-15 yaşlı uşaqlarda tətbiq edilə bilər. Həmin peyvəndin uşaqlarda yan təsirləri və effektivliyi böyüklərdəki kimidir. “Pfizer” istehsal edən şirkət tədqiqatların daha dəqiq və ətraflı nəticəsini sentyabrın sonunadək açıqlayacaq. Ola bilər ki, Azərbaycanda da bir neçə ay sonra uşaqların peyvəndlənməsinə başlanılsın. Bu addımı atmadan öncə əlimizdə çoxlu dəlillər olmalıdır. Bunun üçün müəyyən vaxt lazımdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır