Tibb Universitetinin Tədris Terapevtik Klinikası insulin pompaları alıb  
14.08.2021 09:28

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şəkərli diabet şöbəsi öz işini müasir tələblər səviyyəsində qurur. Diabet xəstəliyinin idarə edilməsi üzrə ən son texnoloji yeniliklər, eləcə də 2020-2021-ci illər üçün tövsiyələr tətbiq edilir. Bu istiqamətdə ən mühüm işlərdən biri də insulin pompalarının istifadəsi ilə bağlıdır.

 

Bu barədə Şəkərli diabet şöbəsinin müdiri Sevil Mustafayeva bildirib.

 

Onun sözlərinə görə, klinikanın şəkərli diabet şöbəsi öz hesabına 5 insulin pompası əldə edib. Həmin vasitədən ağırlaşmış, şəkər səviyyəsi uzun müddət enməyən, yarası olan və irinli proses gedən stasionar xəstələri üçün istifadə olunur.

 

Qeyd olunub ki, insulin pompalarının köməyilə dəri altından şəkərli diabet xəstəsinə mütəmadi olaraq insulin ötürülür. Bu cihaz 1-ci tip diabet xəstələri üçün - yəni uşaqlar üçün mükəmməl bir idarəetmə vasitəsidir. Çünki prosesin uşaqlar üçün daha az ağrılı keçməsinə imkan verir. Pompada ultraqısa və yaxud qısa təsirli insulindən istifadə olunur, onun iynəsi 3 gündən bir dəyişdirilir. Bu səbəbdən gündə bir neçə dəfə bazal insulin, xəstənin yediyi qidaya uyğun 3-4 dəfə qida insulininin vurulmasına ehtiyac qalmır. İnsulin iynəsi dərialtına düşən müxtəlif nahiyələrdə yerləşdirilir və şnur vasitəsilə pompa ilə əlaqələndirilir.

 

"Hazırda ölkəmizdə 135 uşaq pompa terapiya sayəsində müalicəni davam etdirir. Pompalar qoyulmazdan öncə valideynlərlə iş aparılır, proses onlara izah olunur. Bəzi hallarda valideyn özü pompadan imtina edir. Çünki bu, çox dəqiqliklə icra olunmalı bir prosesdir və valideyn səhvə yol verməkdən çəkinir. Əksər hallarda pompalar 6 yaşdan yuxarı uşaqlarda tətbiq olunur. Cihazın başı dəri altına taxılır, özü isə cibdə, yaxud şalvarın kəmər hissəsinə taxılaraq bədənin üstündə gəzdirilir.

 

2014-cü ildən etibarən Azərbaycanda müəyyən mərhələlərlə Səhiyyə Nazirliyi tərəfindən uşaqlar üçün insulin pompaları gətirilib. Xəstə uşaqlara həmin bahalı avadanlıq tamamilə dövlət hesabına təqdim edilir.

 

2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ən müasir insulin növü - "Tresiba" (dekludek molekullu insulin) preparatı alınıb və bir il ərzində respublikadakı bütün diabetli uşaqlara təqdim olunub. Həmin preparat 40-44 saatlıq effekt verən insulindir. "Tresiba" Azərbaycan Diabet Cəmiyyətinin iştirakı ilə 1 il boyunca bizim şöbə vasitəsilə paylanıldı. Həmin müddət ərzində respublikanın müxtəlif regionlarına gedərək, insulinin tətbiqi üzrə təlimlər təşkil etdik, dərmanları payladıq. Proses hətta pandemiya dönəmində də davam etdirildi”, - deyə S.Mustafayeva qeyd edib.

 

Mütəxəssis şəkərli diabet xəstələri və onların yaxınları üçün daim maarifləndirmənin aparılmasını əhəmiyyətli hesab etdiyini də diqqətə çatdırıb.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb