Dərmanların keyfiyyəti ilə bağlı problemlərə hansı qurum baxır?
13.08.2021 22:18

Vətəndaşlar dərmanların keyfiyyəti ilə bağlı rastlaşdıqları problemlər barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər.


Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib. Onun sözlərinə görə, keyfiyyətlə bağlı ölkə qanunvericiliyində tənzimləmələr aparılıb və Nazirlər Kabinetinin dərman vasitələrinin geri çağırılması qaydası təsdiqlənib:

 

"Keyfiyyətlə bağlı problemlər varsa, vətəndaşlar bu barədə məlumat verə bilərlər. Buna səlahiyyətli qurum Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzidir. Rastlaşdığınız hər hansısa keyfiyyət problemini telefonla, email vasitəsilə və ya digər yolla bildirə bilərsiniz. Amma baxır həmin dərmanın keyfiyyət problemini görən şəxs kimdir. Əgər problemi dərman anbarının səlahiyyətili nümayəndəsi müəyyənləşdiribsə, bunu yenə Səhiyyə Nazirliyinin müvafiq qurumuna bildirməlidir. Lakin TƏBİB-in anbarında aşkarlanıbsa, TƏBİB-in Dərman və tibb vasitələri departamentinə məlumat verilməlidir. Xəstəxana daxilində yerləşən aptekdə müşahidə olunursa, aptek rəhbərinə, xəstəxana rəhbərliyinə bildirilə bilər. Bundan sonra həmin dərman vasitəsilə ilə bağlı hansı addımların atılmalı olduğu müəyyənləşdirilir. Ola bilər ki, həmin dərmanlar tamamilə istifadədən çıxarılacaq və ya müəyyən problemləri həll olunduqdan sonra yenidən istifadəyə veriləcək".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır