Səhiyyə işçilərinə dövlət mükafatları təqdim edilib  
13.08.2021 18:38

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində ölkə Prezidentinin 18 iyun 2021-ci il tarixli müvafiq Sərəncamlarına əsasən səhiyyə sahəsində səmərəli fəaliyyəti ilə seçilən tibb işçilərinə “Tərəqqi” medalı, “Əməkdar həkim” və “Əməkdar tibb işçisi” fəxri adlarının təqdim olunması mərasimi keçirilib.

 

Bu barədə Aztibb.az-a Agentlikdən məlumat verilib.

 

Mərasimdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Zaur Əliyev səhiyyə işçilərini yüksək mükafatlara layiq görülmələri münasibətilə təbrik edib. O, tibb işçilərinin təltif edilməsinin onların fedakar əməyinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib: “Ölkədə il yarımdır davam edən koronavirusla mübarizədə ön cəbhədə mübarizə aparan tibb işçiləri əhalinin sağlamlığının qorunmasını təmin etmək üçün böyük əzmkarlıq göstərib və onların sayəsində COVID-19-a yoluxanların 94%-i xəstəliyə qalib gəlib. 44 günlük Vətən müharibəsində səhiyyə işçiləri Zəfərin qazanılması uğrunda böyük fədakarlıq nümayiş etdiriblər, ən çətin anlarda həm arxa cəbhədə, həm də ön cəbhədə xalqın və dövlətin yanında olublar”.

 

Z.Əliyev Agentlik tərəfindən də səhiyyə işçilərinin əməyinə diqqət göstərildiyini bildirib, onlara məsuliyyətli işlərində uğurlar arzulayıb.

 

Daha sonra tibb işçilərinə medal və fəxri adlar təqdim olunub.

 

20 tibb işçisi “Tərəqqi” medalına, 4 tibb işçisi “Əməkdar həkim”, 8 tibb işçisi isə “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüb.

 

Tədbirin sonunda “Əməkdar həkim” fəxri adı ilə təltif olunan Lerik Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Vəlixan Bədəlov çıxış edib.

 

V.Bədəlov tibb işçilərinin daim cənab Prezident İlham Əliyevin diqqət və qayğısını hiss etdiyini bildirib. Qeyd edib ki, belə yüksək mükafatlar səhiyyə işçilərini daha məsuliyyətli və peşəkar fəaliyyət göstərmək üçün ruhlandırır.

 

Ölkə səhiyyəsində aparılan quruculuq işlərindən danışan V.Bədəlov icbari tibbi sığortanın tətbiqi ilə tibb müəssisələrinin maddi-texniki imkanlarının yaxşılaşdığını və tibbi xidmətin keyfiyyətinin artdığını da əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır