İcbari tibbi sığorta çərçivəsində verilən göndəriş vərəqələrinin etibarlılıq müddəti 10 gündür
13.08.2021 16:26

Tələb olunan tibbi xidmətlərin göstərilməsi tibb müəssisəsində mümkün olmadıqda həmin müəssisə bu xidmətləri göstərən digər tibb müəssisəsinə göndəriş verə bilər. Tibbi göndərişlərin digər dövlət tibb müəssisələrinə və ya agentliklə müqaviləli özəl mərkəzlərə edilməsi mümkündür. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.

 

Aztibb.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Aynur Hüseynova İcbari tibbi sığorta çərçivəsində göndərişlərin hansı hallarda verildiyi barədə məlumat verib.

 

Göndəriş vərəqələrinin növlərindən danışan A.Hüseynova deyib: “Tibbi göstəriş olduğu halda vətəndaşa göndəriş vərəqəsinin iki növü - dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması və stasionar tibbi xidmətin göstərilməsi üçün verilə bilər. Stasionar tibbi xidmətin göstərilməsi dövlət tibb müəssisəsində mümkün olmadığı halda icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi qaydasına uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş verilməsi mümkündür. Göndəriş vərəqəsi ilə tibb müəssisəsinə müraciət qaydasına gəlincə isə, vətəndaş müvafiq tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddətini keçmək olmaz. Vətəndaşlar qeyd olunan müddətdə xəstəxanalara müraciət edərək tibbi müayinədən keçə bilərlər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır