Dərin venaların TROMBOZU - Əsas şikayətlər və risk faktorları
13.08.2021 14:47
Dərin venaların trombozu – venalarda qanın normal cərəyanına mane olan qan laxtalarının (trombların) yaranması ilə xarakterizə olunan patoloji vəziyyətdir.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb. Həkimin sözlərinə görə, dərin venaların trombozunun ən təhlükəli ağırlaşması ağciyər arteriyasının tromboemboliyası hesab olunur. Tromb qopub qan ilə hərəkət edərək ağciyər arteriyalarını blok edərək qan dövranını poza bilər (pulmonar embolizm).
 
Əsas şikayətlər:
 
– zədələnmiş ayaqda kəsici ağrılar;
– ödemlər;
– yerli hipertermiya;
– zədələnmiş ətrafda dəri örtüklərinin göyərməsi;
– qabarmış səthi venalar;
– ayaqlarda ağırlıq hissi;
– hərəkətin məhdudlaşması.
 
Dərin venaların trombozunun risk faktorları:
 
- travma ilə əlaqədar venoz divarın zədələnməsi;
- artıq çəki;
- hormonal preparatlar;
- siqaret və spirtli içkilər;
- doğuş prosesində (qeysəriyyə əməliyyatında) ağırlaşmalar;
- qanın sürətlə laxtalanması;
- sınıqlar;
- infeksion xəstəlik.
 
"Xəstəliyin erkən dönəmində qan durulaşdıran və laxtaəridici dərman müalicəsi ilə birlikdə antiembolik corablar istifadə olunur. Ağciyər damarlarına emboliya riski daşıyan böyük venalardakı tromblarda endovaskular müalicə metodları da tətbiq edilə bilir", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev