Vətən müharibəsində yaralanmış hərbçimizə əlilliyin verilməsindən imtina edilib? - AÇIQLAMA
13.08.2021 12:55

Sosial şəbəkə səhifəsində ehtiyatda olan baş leytenant Dəmirov Yusif Elşad oğluna guya əlillik verilməsindən imtina edilməsi barədə yayılan məlumat əsassızdır. Nə onun özü, nə də aidiyyəti qurumla dəqiqləşdirilmədən belə həqiqətdən uzaq məlumat payaşılması media prinsiplərinə və peşəkarlığına ziddir.

 

Bu barədə Aztibb.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib. 

 

Məlumatda qeyd olunub ki, Vətən müharibəsində yaralanmış Yusif Dəmirov əlilliyinin qiymətləndirilməsi üçün ilk dəfə müraciət edir. Bu müraciətlə bağlı da dərhal müvafiq işlər aparılır, onun əlilliyinin hərbi səbəblə əlaqələndirilməsi üçün Müdafiə Nazirliyi tərəfindən şəhadətnamə də yaxın günlərdə təqdim olunacaq. Həmin sənəd əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Yusif Dəmirovun əlilliyin qiymətləndirilməsi yaxın günlərdə aparılacaq. Yusif Dəmirov özü də onun əlilliyin qiymətləndirilməsi ilə bağlı heç bir narazılığının olmadığını bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır