Təcili tibbi yardım şöbələrində monitorinqlər davam etdirilir
13.08.2021 12:14

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən təcili tibbi yardım şöbələrində regionlar üzrə aparılan monitorinqlər davam etdirilir.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlərin aparılmasında məqsəd təcili tibbi yardım şöbələrinin struktur və fəaliyyətlərini standartlara uyğunlaşdırmaqdır.

 

Məlumata əsasən, TƏBİB-in aidiyyəti departamentlərinin əməkdaşlarından ibarət qrup tərəfindən Füzuli, Yevlax, Bərdə, Ağdam, Ağcabədi, Mingəçevir və Tərtər rayon xəstəxanalarında yoxlamalar aparılıb.

 

Yoxlamalar zamanı müvafiq sənədlərə uyğun aparılmış dəyərləndirmələr əsasında təcili tibbi yardım xidmətinin təşkilinə dair real vəziyyət haqqında ümumi hesabat hazırlanıb.

 

Qeyd edək ki, təşkil olunmuş monitorinqlər zamanı mütəxəssislər tərəfindən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır