Yay menyusunda salat və tərəvəzlər üstünlük təşkil etməlidir
13.08.2021 09:14

Yayda düzgün qidalanmağın beş qızıl qaydası var: daha çox maye qəbul etmək, rasionun kalori miqdarını azaltmaq, daha erkən yemək, səhər-axşam mütləq qidalanmaq və daha çox vitamin qəbul etmək. İsti havalarda yağlı və xəmir xörəklər məsləhət deyil, çünki həmin xörəklər bu mövsümdə halsızlığa və yorğunluğa səbəb olur.

 

Həkim-diyetoloq Sevinc Həsənzadə yayda qida rasionu ilə bağlı açıqlamasında belə deyib: “Meyvələrin tərkibində şəkər var və həmin şəkər istər-istəməz sonradan piyə çevrilir. Ona görə də şəkərli diabet xəstələri cəmi bir porsiya meyvədən istifadə etməlidir və bunu günün birinci yarısından qəbul etmək daha yaxşıdır. Hava isti olduğuna görə ağır yeməklərin yeyilməsi təzyiqin oynamasına da səbəb olur və onların sağlamlığına mənfi təsir göstərir. Qan dövranı və ürək-damar xəstəliyi olanlar xəmir xörəklərindən uzaq olmalıdırlar və daha çox sulu xörəklərə üstünlük verməlidirlər”.

 

Ət məhsulları ilə yanaşı, menyuda tərəvəzlərə də yer ayrılmalıdır. Salatlara isə mayonez əvəzinə aşağı faizli xama və qatıq əlavə edilməsi daha faydalıdır. Plov və makaron kimi məmulatlardan isə yay aylarında az istifadə etmək tövsiyə olunur.

 

Həkim-diyetoloq yayda balıq yeməklərindən də uzaq durmağı məsləhət görür: “Qida qəbulu zamanı zülal və karbohidratlı qidaları ayırmaq lazımdır. Əks halda həmin məhsullar orqanizmdə çox gec həzm olur və ona görə də tərkibində liflər olan göyərtilərdən istifadə etmək lazımdır. Lifli maddələr orqanizmdə ət məhsullarını yaxşı parçalayaraq həzm olunmanı sürətləndirir. Axşam yeməyi zamanı mütləq göyərtilər çoxluq təşkil etməlidir və hətta onun boşqabda çəkisini artırmaq lazımdır ki, orqanizmdəki proteinləri parçalasın”.

 

Soyuq doğramac və ağartı yeməkləri isti havaların əvəzolunmaz qidalarındandır. Həmin xörəklər orqanizmə sərinlik verir. Yeməklərin düzgün həzm olunması üçün yay fəslində qida rasionunu dəyişmək vacibdir. Şübhəsiz ki, yayda orqanizmdən çox su ifraz olduğuna görə təmiz su qəbulunu da artırmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev