Koronavirusun ən böyük zərəri kəskin böyrək çatışmazlığıdır - Həkim
12.08.2021 15:28

Koronavirus xəstələrinin 7-10 faizində böyrəklərin zədələndiyi müşahidə olunur.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov səhiyyə Nazirliyinin "İnstagram" səhifəsindəki canlı yayımda deyib.

 

Onun sözlərinə görə, böyrəklər koronavirusa qarşı çox həssasdır:

 

"Koronavirusu ağır keçirənlərin böyük qismi 30-78 yaş arası insanlardır. Müalicə zamanı gündəlik 20-25 tabletka dərmandan istifadə olunur. Bunların hamısı da orqandan böyrəklər, qara ciyər vasitəsilə xaric olunur. Bu da böyrəyə pis təsir edir. Digər tərəfdən yayılmış pnevmoniya bədəndəki oksigen miqdarının azalmasına gətirib çıxarır. Bu cəhətdən böyrəklərdə ikinci zədələnmə yaranır. Bir də əsas təsir edən infeksiyalardır. Ən çox infeksiyaya məruz qalan orqanlarımız burun-boğaz, ikincisi böyrəklərdir. Koronavirusun böyrəklərə vurduğu ən böyük zərər kəskin böyrək çatışmazlığıdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev