Uşaqlarda tərləmə zamanı itirilən duzları və suyu necə bərpa etməli? - Həkim-pediatr
12.08.2021 20:34

İsti yay günlərini yaşayırıq. İstivurma, günvurma kimi təhlükəli hallardan özümüzü qoruya bilirik. Amma həddən çox tərləmə və bununla da çox miqdarda mineral duzların, suyun itirilməsi orqanizmi yorğun və halsız edir.

 

Aztibb.az xəbər verir ki, həkim-pediatr Aytən İsmayılzadənin sözlərinə görə, bədənimizdə olan bütün biokimyəvi proseslər üçün su və minerallar lazımdır. Onlar azaldıqda maddələr mübadiləsi, orqanların işi zəifləyir, əzələ tonusu azalır, düşünmə prosesi belə ləngiyir. Çünki beyində neyronlararası əlaqələr də ionlar vasitəsilə baş tutur. Uzun müddət çoxlu tərləmə və bunun üçün qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində ürəyin gücü azalır, böyrəklərin işi çətinləşir, bağırsaqların hərəkətliyi pozulur, baş ağrıları, halsızlıq, yorğunluq olur.

 

Həkim qeyd edib ki, bu kimi hallar uşaqlara da aiddir və onlarda özünü daha tez göstərir. Uşaqlarda iştahsızlıq, ağlağanlıq, yuxu narahatlığı, qəbizlik əlamətləri görülür. Düzdür, tərləmə şlakların, toksinlərin bədəndən çıxma yolu olsa da, bu zaman itirilən duzları və suyu yerinə qoymaq lazımdır. Bunun üçün yay aylarında isti çay içib bir az da tərləmək kimi adətimizi bir kənara qoysaq yaxşı olar. Gun ərzində uşaqlara da, özünüzə də müxtəlif morslar, kompotlar təklif edin. Sulu meyvələr, qarpız, təbii minerallı sular yaxşı seçimdir:

 

"Moruq, böyurtkən, qırmızı qarağat, qara qarağatdan hazırlanmış morslar hər kəs üçün əla mineral mənbəyidir. Onların əzməsini, püresini dondurucuda saxlayıb mütəmadi olaraq su ilə qarışdırıb mors kimi uşaqlara verin. Yəni onları sadəcə qış vaxtı qrip olanda çay ilə içmək üçün saxlamayın. Giləmeyvələrin tərkibində A, E, B qrupu, C vitamini bol miqdarda olur. Dondurulma zamanı vitaminlər də saxlanılır. Bundan başqa, manqan, fosfor, dəmir, maqnezium, kalsium var. Bu meyvələr həm də təbii fitonsid olaraq virus infeksiyaları ilə mubarizədə kömək edəcək. Ərik, şaftalı, gavalının tərkibində çox miqdarda antioksidant, kalium, fosfor və vitaminlər var. Onları alıb sadəcə mürəbbə və kompot kimi ölü ərzaq şəklində qışa saxlamayın. Mütləq zamanında, uşaqların ehtiyacının çox olduğu vaxtda istifadə edin. Püre şəklində buzxanada saxlayın. Beləliklə, onların vitaminləri də qorunub qalacaq. Buz kubları şəklində suya salıb uşaqlara həm də əyləncəli formada təklif edə bilərsiniz".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev