Bu, kobud bir səhvdir! - Həkim-reanimatoloqdan antibiotiklərə dair mühüm TÖVSİYƏLƏR
11.08.2021 18:39
Evdə müalicə alan koronavirus xəstələrinin qızdırması qalxan kimi insanlar təşvişə düşür. Özbaşına sistem qoşurlar. Həkimdən ona antibiotik yazmasını xahiş edirlər. Hətta bəzən təyinata özbaşına əlavələr edirlər.
 
Aztibb.az xəbər verir ki, həkim-reanimatoloq Şahin Məmmədov sosial şəbəkədə bu barədə məlumat verib.
 
O, bildirib ki, insanlar xüsusən bahalı, geniş spektrli antibiotikləri həkim məsləhəti olmadan istifadə etməyə meyillidirlər. Sanki psixoloji bir inam var - antibiotik nə qədər bahalıdırsa, bir o qədər də kömək edəcək. Bu, kobud bir səhvdir.
 
Həkimin sözlərinə görə, insanlar bilməlidir ki, qoşulan antibiotik qızdırmanı salmayacaq. Qızdırma yenə qalxacaq. Çünki onu yaradan bakteriya deyil, bir virusdur. Bu halda antibiotik təsir edə bilməz. Xəstə boş yerə həmin dərmanın əlavə mənfi təsirlərinə məruz qalır. Bu təsirlər isə çox ciddidir:
 
"Əgər antibiotik qoşulacaqsa, onun başlanma vaxtı, növü və dozasına həkimlər qərar verməlidir. Mən ilk həftədə heç kimə antibiotik yazmıram. Yüngül keçirənlərə isə ümumiyyətlə antibiotik təyin etmirəm. Orta ağır keçirən, risk qrupunda olan xəstələrə yazıramsa, bu, ilk həftədə baş vermir. Çünki ilk həftədə bakterial superinfeksiyanın əmələgəlmə ehtimalı demək olar ki sıfırdır. Boş yerə qoşacağım antibiotik diareya verə, elektrolit disbalansına görə xəstə ağırlaşa bilər".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev