Uşaqları mədə-bağırsaq xəstəliklərindən qorumaq üçün diqqət edilməsi vacib olan MƏQAMLAR
11.08.2021 11:25
“Uşaqları mədə-bağırsaq xəstəliklərindən qorumaq üçün onları düzgün qidalandırmaq vacibdir”.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkimi, pediatr-neanotoloq Aygün Sadıxova uşaqların mədə-bağırsaq xəstəliklərindən qorunması, virusa yoluxarkən valideynlərin nəyə diqqət yetirmələrinin vacibliyi barədə müsahibəsində belə deyib.
Həkimin sözlərinə görə, son vaxtlar uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, mədə-bağırsaq sisteminin pozulması və iştahsızlıqdır. Qastroenterit adlanan bu infeksiyanın yaranmasının əsas səbəbləri düzgün qidalanmama, gigiyenik qaydalara riayət olunmamasıdır.
Xəstəliyin əlamətləri temperaturun yüksəlməsi, ürək bulanma və qusma hallarının tez-tez baş verməsi, yorğunluq, əzginlik, ishal hallarının get-gedə artması, iştahın kəsilməsi, susuzluq hissinin olması, göz almalarının çuxura düşməsidir. Bütün bu ilkin əlamətləri aşkarladıqda mütləq uşaq həkiminə müraciət edilməlidir. Belə ki, əks halda daha ciddi fəsadlarla üz-üzə qalmaq olar.
Qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. Uşaqlara çoxlu maye içizdirmək, meyvə-tərəvəz vermək məsləhətdir. Əgər ishal gün ərzində 4 dəfədən çox deyilsə və temperatur çox yüksək deyilsə, uşağa yataq rejimində bol maye verməklə və düzgün qidalanma ilə xəstəliyi müalicə etmək olar. Bu zaman virus 3-5 günə keçib gedəcək. Uşaqlar üçün yemək hazırlayarkən tam əmin olmaq lazımdır ki, yumurta və ət yaxşı bişsin, içdikləri su və yedikləri meyvə-tərəvəz təmiz olmalıdır. Uşaqlar gün ərzində ən azı 1 saat açıq havada gəzməlidirlər.
"İmmun sistemi zəif olan uşaqlar viruslara daha tez yoluxurlar. Bu səbəbdən də onların qida rasionuna diqqət yetirilməlidir", - deyə həkim əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

