Həkim-radioloq: Süd vəzi xəstəliklərinin müayinə metodları düzgün seçilməlidir
11.08.2021 10:06

Süd vəzi xəstəliklərinin diaqnostik müayinə metodları ultrasəs, mammoqrafiya və maqnit rezonans tomoqrafiyası (MRT) müayinəsidir. Süd vəzilərinin ultrasəs müayinəsi 40 yaşdan aşağı bütün xanımlarda aparılmalıdır. Valideynlər 14 və ya 18 yaşdan başlayaraq qız övladlarını ultrasəs müayinəsinə gətirməlidirlər. Həmçinin əvvəlki mammoqrafiya müayinəsindən 6 aydan az bir müddət keçibsə və ultrasəs müayinəsi xüsusi dəyişikliklərin müayinəsi üçün uyğun görülürsə, onu mammoqrafiyanın əvəzinə tətbiq etmək olar.

 

Aztibb.az xəbər verir ki, radioloq Sevinc Musayeva süd vəzilərinin müayinə metodları barədə məlumat verib.

 

Həkim-radioloq bildirib ki, süd vəzilərində narahatlıq hiss edilən 40 və ya 45 yaşdan yuxarı qadınlarda isə mammoqrafiya müayinəsi aparılmalıdır: “Mammoqrafiya qadınlarda süd vəzilərini daha aydın və detallı göstərən müayinə metodudur. Daha çox onkoloji xəstəliklərə ciddi şübhə olduqda təyin olunur. Bu müayinə metodu ən kiçik, nəzərəçarpmayan düyünləri, törəmələri, süd vəzi toxumasının ən sıx formasında belə dəyişimləri aydın şəkildə göstərir. Həkimlər dəqiq diaqnoz qoyması üçün olduqca əlverişli metoddur”.

 

S.Musayeva MRT müayinəsi barədə də fikirlərini bölüşüb: “Əgər qoltuqaltı nahiyələrdə hansısa patologiya varsa, ultrasəs və mammoqrafiya bunu təyin edə bilmirsə, əlavə müayinə metodu kimi MRT-dən istifadə edilir. Süd vəzisinin MRT-si diaqnozun tamamlanması və xüsusi hallarda dəqiqləşdirilməsi üçün tətbiq edilir. Eyni zamanda, süd vəzilərinə silikon qoyduran, implant keçirmiş xanımlar üçün də ən ideal müayinə metodu MRT-dir. Lakin bəzi xəstələr MRT-dən qorxduqları üçün onlar digital mammoqrafiya metodu ilə müayinəyə cəlb edilirlər.

 

Həkimin dediyinə görə, süd vəzilərinin müayinəsi üçün optimal vaxt menstruasiyadan təxminən 10 gün sonra hesab edilir: “Bu, hormonal dəyişikliklərin səbəb olduğu ağrı və şişkinliyin ən aşağı səviyyədə olduğu vaxtdır. Kliniki əlamətlərlə təzahür edən (simptomatik) xəstələr menstrual tsiklin hansı fazasında olmalarından asılı olmayaraq müayinə edilməlidirlər. Bütün müayinələrdən vaxtında keçməklə erkən diaqnostika əldə edərək sağlamlığımızın qayğısına qala bilərik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev