Günəş şüaları zob xəstələrinə necə təsir edir?
10.08.2021 16:36

Azərbaycanda qalxanvari vəzi xəstəliklərinə (el arasında “zob”) tez-tez rast gəlinir. Qalxanvari vəzi xəstəlikləri 2 cür olur: vəzin funksiyalarının artması və ya əksinə azalması ilə müşayiət olunan xəstəliklər.

 

Qalxanvari vəzinin fəaliyyətinin artması zamanı vəz daha çox hormonları ifraz edir ki, bu müxtəlif orqan və sistemlərdə pozulmalara səbəb olur: ürək döyünməsi artır, insan əsəbi, qıcıqlı olur, “səbəbsiz” arıqlayır və s. Belə pozulmaya “tireotoksikoz” və ya “hipertireoz” deyilir.

 

Bilmək lazımdır ki, hipertireoz zamanı gün şüalarından sui-istifadə xəstəyə ziyan vura bilər. Günəşin təsiri nəticəsində qalxanvari vəzinin fəaliyyəti daha da artır. Bu səbəbdən tireotoksikozu olan insanlara qaralmaq almaq olmaz. Onlar yalnız səhər 10.00-a qədər və axşam 17.00-dan sonra az bir müddət ərzində gün şüalarını qəbul edə bilərlər.

 

Əksinə isə qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi zamanı gün şüaları faydalıdır və belə xəstələrə həkimlər daha çox günəşin altında olmağı tövsiyə edirlər.     

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev