Tərkibi mineral və mikroelementlərlə zəngin KƏSMİYİN FAYDALARI
10.08.2021 09:44

Kəsmik protein tərkibli südün fermentasiya edilmiş məhsuldur, onun tərkibində çoxlu mineral və mikroelementlər var. Kalsiumla zəngin olduğuna görə sümüklərin inkişafında əhəmiyyətli rol oynayır. Onu mütəmadi istehlak etməklə dərini təravətli saxlamaq olar.

 

Aztibb.az xəbər verir ki, süd məhsulları içərisində fosfor və kalsiumla zəngin olan kəsmiyin xüsusi yeri var. Özündə ehtiva etdiyi zülal, B qrupu vitaminləri və amin turşuları onu qaraciyər xəstəliklərinin profilaktikası üçün ən xeyirli qidalardan birinə çevirir.

 

Diyetoloqların bildirdiyinə görə, tərkibi B vitaminləri ilə zəngin olduğuna görə metobolik sistemin normal işləməsini təmin edir. Kəsmik həm pəhriz, həm də uşaq qidası kimi geniş istifadə olunur. Müntəzəm olaraq kəsmik istehlakı orqanizmdə immuniteti gücləndirir, stressi aradan qaldırır, ürək-damar sisteminin işinə müsbət təsir göstərir. Kəsmiyin amin turşuları və doymamış yağ turşuları ilə zəngin olması onun bütün yaş dövrlərində qəbul olunmasını zəruri edir. Qadınlar üçün gündəlik kəsmik istehlakının miqdarı 200, kişilər üçün 250, körpələr üçün isə 30 qram təşkil edir.

 

Kəsmik ev şəraitində xüsusilə qaranlıq yerlərdə uyğun temperatur rejimində, yəni 2-4 dərəcə C temperaturda soyuducuda saxlanılmalıdır. Onu 2 dərəcə C-də 36 saat, mənfi 18 dərəcə C-də isə altı ay saxlamaq olar. Meyvəli kəsmiklərin saxlanma müddəti isə daha azdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev