Yaşlanma əleyhinə içki - Kərəviz şirəsi
10.08.2021 09:39

Böyük Britaniyalı ekspert-nutrisioloq Liberti Mills kərəviz şirəsini qanda xolesterinin miqdarının və arterial təzyiqin tənzimlənməsinə kömək edən yaşlanma əleyhinə içki adlandırıb.

 

Aztibb.az bu barədə medikforum.ru saytına istinadla xəbər verir.

 

Ekspert xatırladır ki, yüksək qan təzyiqi və xolesterinin yüksək səviyyəsi ürək-damar xəstəlikləri riskini artırır. Xolesterin düyünlərinin və kalsiumun toplanması səbəbindən damarlar bərkiyir və sıxılır, iltihaba məruz qalır ki, bu zaman qanı ötürmək ürək üçün getdikcə çətinləşir. Kərəviz şirəsi A, B, C və K vitaminləri üçün yaxşı mənbədir. Mütəxəssis hesab edir ki, fitokimyəvi maddələrin və antioksidantların birləşməsindən əmələ gələn şirə iltihabı əhəmiyyətli şəkildə azaldır.

 

L. Millsin sözlərinə görə, kərəvizin tərkibində olan yüksək miqdarda kumarinlər – orqanizmdə stress hormonlarının miqdarını azaltmaq qabiliyyətinə malik birləşmələr yüksək qan təzyiqinin aşağı salınmasına öz təsirini göstərir. Bundan başqa kumarinlər immun sisteminin dəstəklənməsi və sağlamlığı üçün həlledici rol oynayan ağ qan hissəciklərinin fəallığını da artırır.

 

Kərəvizin daha bir komponenti olan ftalidlər damarların divarlarındakı toxumaları zəiflədir və bu da qan təzyiqinin aşağı salınmasına təsir edir.

 

Kərəvizdən istifadə steroidli turşuların və öd kisəsi sekresiyasının təsirini gücləndirir, nəticədə xolesterinin miqdarı aşağı düşür.

 

Kərəviz şirəsi həddən artıq aşağı qlikemik indeksə malikdir, bu səbəbdən qanda şəkərin sağlam səviyyəsini dəstəkləyə bilir. Onun tərkibindəki antioksidantlar və vitaminlər də qanda şəkərin miqdarını tənzimləməyi bacarır, bu da, öz növbəsində, insulinə həssaslığı artırır və qlükozanın metabolizmini yaxşılaşdırır.

 

Liberti Millsin sözlərinə görə, kərəviz şirəsindən istifadə dərinin teksturasını yaxşılaşdırır, tərkibindəki K və C vitaminləri sayəsində yaşlanma əleyhinə xüsusiyyətləri təmin edir. Kərəviz şirəsinin tərkibində olan elektrolitlər dərinin nəmləndirilməsini dəstəkləyir. Həmçinin bir fincan kərəviz şirəsi dəriyə cavanlıq bəxş edən kollagen sintezi üçün zəruri olan tövsiyə edilən sutkalıq C vitamininin 16 faizini təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev