Psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkarlanan faktların sayı artıb
09.08.2021 18:04

Təhlil göstərir ki, 2020-ci ilin I yarımilliyi ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1244, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 478, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 732, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21, bu kateqoriyadan olan digər cinayətlərin sayı 13 fakt artıb.

 

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu ilin 6 ayına həsr olunan hesabatında bildirilib. Qeyd edilib ki, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 157 kq 053, 272 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 865 nəfər, qadınların sayı isə 23 nəfər artıb.

 

Narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 36 fakt azalmasına baxmayaraq, götürülən narkotik vasitələrin ümumi çəkisi 415 kq artıb. Eyni zamanda, qrup halında törədilmiş cinayətlərin sayı 13 fakt azalsa da, narkotik vasitələrin miqdarında 397 kq 821,4 qr artım olub.

 

Xatırladaq ki, bu il 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4131 cinayət faktı aşkarlanıb. Onlardan 1493-ü narkotik vasitələrin qanunsuz satışı, 2391-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 191-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

 

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 466 kq 596,472 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 142 kq 635,117 qr-nı heroin, 671 kq 044,478 qr-nı marixuana, 243 kq 092,165 qr-nı tiryək, 71 kq 560,56 qr-nı həşiş, 89,679 qr-nı kokain, 338 kq 174,473 qr-nı digər narkotik vasitələr və psixotrop maddələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 37 kq 012,1 qr güclü təsir edən maddə, 4,05 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.


Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2798 nəfər cəlb edilib ki, onlardan 16-18 yaşadək 6 nəfər, 18-25 yaşadək 218 nəfər, 26-29 yaşadək 497 nəfər, 30 yaş və ondan yuxarı isə 2077 nəfər təşkil edir. Həmin şəxslərdən 2730-u kişi, 68-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 35 nəfəri xarici ölkə vətəndaşıdır.

 

Bu ilin 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 107 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 713 kq 289,914 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

 
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 181-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 167 kq 821,453 qr narkotik vasitələr müsadirə edilib.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Həyat yoldaşına böyrəyini bağışladı
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”  
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları