Bu il Pirallahıda dərman zavodunun inşası başa çatdırılacaq
09.08.2021 16:29

Rusiya biznesi Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır.

 

Aztibb.az xəbər verir ki, bunu Rusiyanın Sənaye və Ticarət Nazirliyindən bildiriblər.

 

Qeyd olunub ki, Azərbaycan yaxın illərdə vacib və ambisiyalı layihələr reallaşdırmaq niyyətindədir və Rusiya bu layihələrdə iştirak etməyə hazırdır:

 

"Bu istiqamətdə Rusiyanın mal ve texnologiya tədarükü, infrastruktur inkişafı sahəsində xidmətlərin göstərilməsi, sənaye və mülki tikinti, nəqliyyat dəhlizlərinin təşkili üzrə təklifləri formalaşdırılır. 2021-2023-cü illər üzrə Rusiya ilə Azərbaycan arasında xarici ticarət əlaqələrinin inkişafı üzrə fəaliyyət planına əsasən, prioritet sektorlara maşınqayırma, əczaçılıq sənayesi, qida sənayesi, meşə sənayesi kompleksi, tikinti materialları, rəqəmsal texnologiyalar daxildir. Azərbaycanda uzunmüddətli əsasda əhəmiyyətli sayda Rusiya şirkəti, iri müəssisələr, yerli vergiödəyiciləri və işəgötürənlər (məsələn, LUKOYL, KDV, VTB bankı) işləyir".

 

Nazirlikdən bildiriblər ki, bu il Pirallahı sənaye parkında "R-Farm" zavodununun tikintisini başa çatdırmaq, Azərbaycanda irimiqyaslı dərman istehsalını işə salmaq planlaşdırılır:

 

"Texnologiyaların transferi sayəsində yeni müəssisə onkoloji, hematoloji, autoimmun və endokrin xəstəklərin terapiyası, İİV/QİÇS, müxtlif tipli virus hepatitinin müalicəsi üçün müasir yüksək effektiv dərman vasitəslərinin istehsalı mümkün olacaq"

 

Əlavə olunub ki, Azərbaycanın əczaçılıq bazarı rusiyalı istehsalçılar üçün cəlbedici hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır