Həkim-fitoterapevtdən yaz allergiyasının müalicəsinə dair RESEPT
09.08.2021 15:58
Pollinoz (yaz allergiyası) dediyimiz xəstəlik əsasən, yaz aylarında ağacların tozlanması vaxtı başlayır və tozlanma dövrü bitənədək davam edir. Dəqiq desək, martdan iyun ayına qədər çəkir. 
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb.
 
O, qeyd edib ki, aşağıdakı reseptdən həm yaz allergiyası, həm də uzun müddət xroniki allergiyadan əziyyət çəkən insanlar yararlana bilərlər.
 
Belə ki, gündə 3 dəfə yeməkdən 2 saat sonra otaq temperaturunda olan 1 stəkan çiy suya 1 orta xörək qaşığı alma sirkəsi və 1 çay qaşığı bal qarışdırıb içmək faydalıdır. (Bala qarşı allergiyası olanlar bu resepti balsız istifadə edə bilərlər).
 
"Bəzən balın özünün allergiya verə biləcəyi üçün insanlar baldan istifadə etmirlər. Lakin 1 qaşıq bal yedikdən sonra allergiya baş vermirsə, deməli bala qarşı allergiyanız yoxdur. Müalicənin müddəti yoxdur. Nə qədər istərsəniz, istifadə edə bilərsiniz. Sadəcə bu resepti uzun müddət istifadə etməli olsanız, gündə 2 dəfə içməyi tövsiyə edərdim. Müalicədən mədə-bağırsağında problemi olanlar (qastrit, ezofaqit, kolit) istifadə etməməlidirlər", deyə - həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev