Bəzi vitaminlərin həddən çox qəbulu orqanizmə zərər yetirə bilər – Endokrinoloq
09.08.2021 11:07

Bəzi preparatların həddən çox dozası ciddi nəticələrə gətirib çıxara bilər.

 

“Vitaminlərin nəzarətsiz qəbulu hipervitaminoza gətirib çıxara bilər. Buna əsasən yağda həll olan A, D, E, K vitaminləri aiddir. Yağda həll olan vitaminlər yavaş-yavaş xaric olur. Digərlərinə nisbətən A və D hipervitaminozu daha ağır keçir", - deyə həkim-endokrinoloq Yelena Juçkova izah edib.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, həkim tərkibi bir günlük istehlakı nəzərə alaraq tənzimlənmiş polivitaminləri qəbul etməyi məsləhət görüb. Əlavə edib ki, hər kəsin miqdarını özü nizamladığı monopreparatlar çox təhlükəli ola bilər.

 

Məsələn, D vitamininin həddən artıq qəbulu haqqında orqanizm ürək bulanması, qusma və qaşınma ilə işarə verə bilər. O, daxili orqanlarda artıq kalsiumun toplanmasını təhrik edir, sümük sisteminin xəstəlikləri daxil olmaqla hamilələrdə uşağın müxtəlif patologiyalarına səbəb ola bilər.

 

Böyük miqdarda A vitamini, həmçinin ürək bulanması, görmə problemləri, saçların tökülməsi və bəzi orqanların işində pozmalar ilə müşayiət olunur.

 

E vitamini həzm yolu problemləri, zəiflik və baş ağrıları gətirə bilər.

 

K vitamini isə qanazlığının səbəbi ola bilər.

 

Mütəxəssislər qeyd edirlər ki, vitaminlərin qəbulunun ən yaxşı üsulu, tərkibində həmin vitaminlər olan məhsulların qəbuludur. Sağlam qidalanma mükəmməl variant hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev