Saçları yuyarkən yol verilən SƏHVLƏR
08.08.2021 14:49

Saçlarının gözəl görünməsini arzulayan hər bir qadın bəzi vacib qaydaları bilməli və onlara əməl eləməlidir. Bəzən biz bilməyərəkdən saçlarımızı yuyan zaman səhvlərə yol veririk. Bəs bu səhvlər hansılardır?

 

1. Saçları dəsmalla sürtmək

Saçları dəsmalla sürtmək tüklərin strukturunun pozulmasına səbəb olur. Mütəxəsislər saçların təbii yollarla qurudulmasını məsləhət bilirlər.

 

2. Şampundan çox istifadə etmək

Şampundan çox istifadə etmək saçların yaxşı olacağı anlamına gəlmir. Trixoloqların sözlərinə görə saçların tez-tez yuyulması, çox şampundan istifadə etmək və keyfiyyətsiz şampunlar baş dərinin və saçların korlanmasına səbəb olur. Saçları həftədə 2 dəfədən çox yumaq məsləhət deyil.

 

3. Saçları sərt şəkildə yumaq

Saçları sərt hərəkətlərlə yumaq tük diblərinin zədələnməsinə və saçların tökülməsinə səbəb olur. Saçlar yumuşaq hərəkətlərlə yuyulmalıdır.

 

4. Saçları tələsərək yumaq

Saçların dibini bərk və tələsərək yumaq tük diblərinin zədələnməsinə səbəb olur. Saçları yuyarkən onun bütün hissələrinə eyni yumşaqlıqla yanaşmaq lazımdır. Balzamdan istifadə edərkən isə onun saç dərisinə toxunmasının qarşısı alınmalıdır.

 

5. Kondisionerdən istifadə etməmək

Bəziləri saçları yuduqdan sonra balzam-kondisionerdən istifadə etməyi düzgün hesab etmir. Amma bu, belə deyil. Kondisioneri saçların ucuna sürtmək çox faydalıdır.

 

6. Saçları gec yumaq  

Bəziləri saçların tez-tez yuyulmasını düzgün hesab etmir. Mütəxəssislər saçların yuyulmasının onların xarakterinə uyğun olaraq qərarlaşdırmağın faydalı olduğunu söyləyirlər. Məsələn, quru saçları tez-tez yumaq zərərlidir. Amma yağlı saçların vaxtında yuylması vacibdir.

 

7. Qaynar su ilə saçların yuyulması

Qaynar su ilə saçları yumaq onların sağlamlığını korlamaq deməkdir. Qaynar su həm saçları, həm də saç köklərini zədələyir. Saçlar nə qədər ilıq su ilə yuyularsa, bir o qədər yaxşıdır.

 

8. Fenlə saç qurutmaq

Əgər siz hər dəfə saçlarınızı yuduqdan sonra fenlə qurudursunuzsa, o zaman saçlar öz təbii formasından çıxır. İslaq saçları birbaşa fenlə qurutmaq olmaz. Əvvəlcə saçlar təbii yolla suyunu çəkməlidir, sonra fendən istifadə edilməlidir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev