Uşaq sağlamlığının qorunması Azərbaycanda prioritet istiqamətlərdəndir
07.08.2021 16:48

Bu gün uşaqlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, muxtar respublikada dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib.

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu barədə Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminarda danışılıb.

 

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin iclas zalında keçirilən seminarda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eltun Həziyev, Təhsil Nazirliyi aparatının ümumtəhsil məktəbləri və liseylərlə iş şöbəsinin müdiri Abdulla Əsgərov, Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar-gigiyena şöbəsinin müdiri Elxan Orucəliyevin çıxışları olub. Bildirilib ki, uşaq sağlamlığının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, ötən müddətdə uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradılması, uşaqların sağlamlığının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılıb. Ali Məclis Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən tədbirlərin effektivliyini daha da artırıb.

 

Seminarda Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, məktəbdənkənar və məktəbəqədər müəssisələrin əməkdaşları iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır