Oynaq ağrılarını aradan qaldıran QARIŞIM
06.08.2021 21:10
Əsasən əl, qol, ayaq, diz, bud çanağı, bel, qulunc olmalar, boyun, çiyində və s. ağrılara tez-tez rast gəlinir. Bəzən bu oynaqlardakı ağrıların səbəbləri müxtəlif tipli revmatizmlər, revmatoidli poliartritlər və sadəcə artrit və artrozlar ola bilir.
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu kimi ağrılarda və xəstəliklərdə faydalı olan həm məcun, həm də oynaqlara sürtmək üçün dəmləmə şəklində 2 qarışım təqdim edib. Həkimin sözlərinə görə, bu qarışımların birlikdə istifadəsi həm daxildən iltihab əleyhinə təsir göstərir (məsələn, revmatizmi və ya revmatoidli poliartriti olanlar üçün daxilə istifadə olduqca faydalıdır) həm də xaricdəki ağrıyan oynaqlara sürtməklə effektiv nəticə əldə etmək mümkündür. 
 
Məcun üçün: 
 
Dəfnə toxumu tozu 100 qram;
Sarıkök tozu 50 qram;
Bibəriyyə tozu 50 qram;
Xardal tozu 30 qram;
Bal 1 kq.
 
Məcunun hazırlanması zamanı bitkilər quru olmalı, yaxşı üyüdülməli və bal ilə qarışdırılmalıdır. Məcundan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır.
 
Dəmləmə üçün:
 
2 ədəd orta ölçülü göyərmiş kartof qabıqları;
40 ədəd dəfnə toxumu;
20 ədəd dəfnə yarpağı;
Su (təmizlənmiş) 400 qram;
Alma sirkəsi 50 qram;
Spirt 90 faizli 50 qram;
 
Qeyd olunanları bir-birinə qarışdırıb 20 gün qaranlıq və soyuq yerdə saxlamaq lazımdır. Hər gün bir dəfə qarışdırın, 20 gündən sonra süzüb, suyunu ovucun içinə töküb ağrıyan yerləri masaj edin, ağrılarınız bir anda aradan qalxacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev