Baş pediatr: “Uşaq doğulandan ilk yarım saatda ana südü qəbul edilməlidir”
06.08.2021 15:19

“Ana südü bu dünyada qida olaraq ən vacib nemətdir”.

 

Aztibb.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Baş pediatr Erkin Rəhimov bildirib.

 

Onun sözünə görə, uşaq doğulandan ilk 30 dəqiqə, 1 saat ərzində ana südü qəbul etməlidir: “Çünki bu vaxtda uşaq aktiv olur, 1-2 saat sonra isə uşaqda yuxululuq yaranır. İlk gələn süd ən vacib olan, infeksiyadan qoruyan “ağız südü” deyilən süddür. Ona görə də uşaq dünyaya gələn kimi dərhal, ilk yarım saatda süd qəbul edilməlidir”.

 

Baş pediatr bildirib ki, uşaq bəzən keysəriyyə ilə doğulur. Keysəriyyə tam anesteziya ilə də olur, spinal anesteziya ilə də. Bu zaman ana özündə olur, anlaqlı olur. Burada ana südünün qəbulu üçün kritik vaxt 2 saatdır, bu müddətdə uşaq ana südü qəbul etməlidir.

 

E. Rəhimov deyib ki, keysəriyyə ilə doğulan uşaq daha gec ana südü qəbul etməyə qoyulur, ona görə də süd gec gəlir: “Ümumdünya, səhiyyə təşkilatı və bütün rəsmi qurumların tövsiyəsi budur ki, körpə 6 ay ancaq süd qəbul etməlidir, su belə qəbul etməməlidir. 6 aydan sonra əlavə qida qəbul edilə bilər, amma ana südü davam etməlidir".

 

Onun sözlərinə görə, 2 yaşa qədər uşaq ana südü qəbul etməlidir, amma 1 yaşla 2 yaş arasında ana südü daha çox immunitet baxımından faydalıdır, bu zaman uşaq üçün əsas qida da verilməlidir: "Ana südünün verilməməsi üçün əks göstərişlər çox azdır. Bəzi mübadilə xəstəliklər zamanı verilməməlidir. Uşaqlarda qalaktoza xəstəliyi, eyni zamanda, anada bəzi virus infeksiyaları zamanı, xüsusilə də AİDS zamanı süd vermək olmaz. Hepatit B və Hepatit C ilə bağlı ehtimal azdır, ona görə də uşağa həm peyvənd, həm də immuqlabin vurulubsa ana südü verə bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev