Yastıpəncəlik ayaq ağrıları və tez yorulmaya səbəb olur - Həkim-ortoped  
06.08.2021 13:48

Ayaq sağlamlığı orqanizmdə böyük əhəmiyyət daşıyır. Ayaqlarda yaranan hər hansı problem günün narahat keçməsinə səbəb olur. Həmin problemlərdən biri də yastıpəncəlikdir. Ayaq tağının tamamilə yerə dəyməsi bu xəstəliyin göstəricisidir.

 

Aztibb.az xəbər verir ki, həkim-ortoped Cəfər Nəsirlinin dediyinə görə, yastıpəncəlik zamanı xəstələrin ən çox şikayətləndiyi ayaq ağrıları və tez yorulmadır: “Yastıpəncəliyin müxtəlif səbəbləri var. Ona həm genetik, həm də sonradan yaranan travmalardan sonra sümük bağlarında anadangəlmə deformasiyalardan sonra artritlər və s. səbəb olur”.

 

Ayaqda üçüncü və dördüncü dərəcədə yastıpəncəlik olması hərbi xidmət üçün yararsız hesab edilir. Həmin problemə uşaqlarla yanaşı, böyüklərdə də rast gəlinir.

 

Həkim-ortopedin dediyinə görə, əslində isə bütün uşaqlar yastıpəncəliklə doğulurlar. Pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır: “Bəzən yastıpəncəliyin qarşısının alınması gecikərək uşaq yeriməyə başlayandan sonra meydana çıxır. Həmin hal təyin olunandan sonra xüsusi ortopedik ayaqqabılar və ayaqqabının içinə qoyulan korsetlərdən istifadə edilir”.

 

Əgər ortezlərdən istifadə edilməsi nəticə vermirsə, həmin ağrılardan cərrahi əməliyyatla da xilas olmaq olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev