İsti hava şəraitində qida məhsullarının düzgün saxlanılmaması zəhərlənmələrə səbəb ola bilər
05.08.2021 10:22

Yay mövsümündə müəyyən patogen mikroorqanizmlərin inkişafı və çoxalması qida zəhərlənmələrinə səbəb ola bilər. Məhsullar düzgün yuyulub bişirilmədikdə və soyuducuya vaxtında yerləşdirilmədikdə tez xarab olur. Patogen mikroorqanizmlər üçün ən əlverişli temperatur 5-60 dərəcə S aralığıdır. Ona görə də qida məhsullarının saxlanılması üçün 2-40 dərəcə S temperatur aralığı tövsiyə olunur. Qida məhsulları minimum 70 dərəcə S temperaturda və daha yüksək istilikdə bişirilməlidir, çünki onun tərkibində olan patogen mikroorqanizmlərin bir çoxu məhv olur.

 

Əsasən ət və tərəvəz xörəklərinin bişirilmə texnologiyasına düzgün əməl olunmalıdır, çünki ət çiy qaldıqda və ya tərəvəz yaxşı təmizlənmədikdə tərkibində mikroorqanizmlər çoxalır. Həkimlər bildirilər ki, belə hallarda da qida zəhərlənmələri baş verir.

 

Aztibb.az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: “Qida məhsulları lazımi temperaturda saxlanılmadıqda orqanizmdə müəyyən problemlər - məsələn, mədə-bağırsaq sistemində ishal yarada və yaxud geridönməz ishal, yaxud qaraciyərdə narahatlıq, ürəkbulanmaya səbəb ola bilər. İshal zamanı maye itilməsi nəticəsində təzyiq aşağı düşməsi bayılmaya aparıb çıxara bilər. İsti hava şəraitində bunlar üçün daha əlverişli şərait yaranmış olur”.

 

Qida mütəxəssisləri deyirlər ki, xörəklər, salatlar və qəlyənaltılar hazır olandan 1-2 saat sonra soyuducuya yerləşdirilməlidir. Tez xarab olan yeməklər 2 saatdan çox açıqda qalmamalıdır. Yüksək risk qrupuna daxil olan qidalarla xüsusilə ehtiyatlı olmaq lazımdır. Buraya ət və ət məhsulları, süd və süd məhsulları daxildir. Yaxşı olar ki, həmin məhsullar istehlak edilərkən saxlanmaq şəraitinə və istifadə qaydalarına düzgün əməl olunsun, çünki onların tərkibində yüksək qidalılıq dəyəri var və içərisində nəmliyin miqdarı da çoxdur.

 

Yaxşı olar ki, istehlak edilən məhsullar lazımi miqdarda bişirilsin. Daha sonra az miqdarda kiçik həcmli qablara yerləşdirilsin, çünki böyükhəcmli qablaşdırma zamanı qidanı hər dəfə servis üçün soyuducudan çıxaranda temperatur balansı pozulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev