Şəkərli diabet xəstələri meyvə qəbul edə bilərlər - Nutrisioloq
05.08.2021 17:14

Diabet xəstələri üçün qidanın necə qəbul edilməsi xüsusilə önəmlidir. Yəni, qidanın porsiyası və günün hansı saatında yeyilməsi vacib faktorlardır. Əksər diyetoloqlar diabet xəstələrinə meyvə yeməyə icazə vermirlər. Lakin mən hesab edirəm ki, diabet xəstələrinin az miqdarda olsa da, meyvə qəbul etməsi mümkündür.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin mütəxəssisi, nutrisioloq və diyetoloq Vəfa Əsgərli şəkərli diabet xəstələrinin həyatının düzgün qidalanmadan asılı olduğunu bildirib.

 

Həkim-mütəxəssisin dediyinə görə, nutrisiologiya elmi iddia edir ki, həyat keyfiyyəti, yaşam tərzi və ümumiyyətlə orqanizmin gücünü qidalanma müəyyən edir.

 

V.Əsgərli vurğulayıb ki, diabet xəstələri meyvə qəbul edərkən müəyyən qanunuyğunluqlara əməl etməlidirlər: “Meyvənin qlikemin indeksi (qanda qlükozanın səviyyəsinin yüksəltmə dərəcəsi) yüksəkdir. Ona görə, meyvə həzm olunan kimi qanda şəkərin miqdarının artması normaldır. Xəstəliyin kəskinləşməməsi üçün meyvə yeməzdən öncə mütləq bir ədəd tərəvəz qəbul etmək lazımdır. Misal üçün, bir ədəd xiyar yemək mədə, bağırsaq, həmçinin qaraciyəri təmizləməyə kömək edir. Yəni, şəkərli diabetdən əziyyət çəkənlər qanunuyğunluğu qorumaq şərtilə meyvədən istifadə edə bilərlər”.

 

Həkim-mütəxəssis, həmçinin nutrisiologiya elmi barədə də məlumat verib: “Nutrisiologiya ənənəvi tibbi sahə deyil, profilaktik təbabət səviyyəsidir. Nutrisiologiya həyat keyfiyyətinin balanslaşdırılmış səmərəli qidalanma vasitəsi ilə artırılmasıdır. Nutrisioloq dərman preparatları təyin edə bilməz. Bu elm yalnız sağlam qidalanma ilə həyat keyfiyyətinin yaxşılaşdırılmasının mümkünlüyünə inanır. Ən əsası, xəstələrin müalicə və profilaktikasında qidalanmanın üstünlüyünü vurğulayır. Heç bir nutrisioloqun xəstəyə dərman vasitələri, hətta bioloji qida əlavələri təyin etmək ixtiyarı yoxdur”.

 

Diabetin yaranma səbəblərindən biri də qanda D vitamininin əksikliyidir. Nutrisiologiya elminə görə, D vitaminini qəbul etmək üçün kapsulalardan və ya damcı şəklində qəbul edilən ampulalardan istifadə lazım deyil. Xüsusilə isti aylarda günəş şüası vasitəsilə orqanizm üçün lazım olan D vitamini ehtiyacını qarşılaya bilərik. Günəşdən qorxmaq lazım deyil. Orqanizmdə maddələr mübadiləsinin normal gedişatı üçün D vitamini vacibdir. Günəşin qızmar vaxtlarında orqanizm lazım olan D vitaminini depolayır. Soyuq havalarda orqanizm depoladığı vitaminlərdən “istifadə edir” və aprel-may aylarında analiz verərkən qanda D vitaminin miqdarının az olması normaldır. Çünki havanın istiləşməsi həmin aylardan sonra başlayır. Amma misal üçün, iyul və ya avqustda analiz nəticəsində qanda D vitaminin az olduğu müəyyən edilərsə, deməli orqanizmdə problem var. Şəkərli diabet xəstələri vaxtaşırı qanda D vitamininin miqdarını yoxlatdırmalıdırlar. Üstəlik, bilmək lazımdır ki, ən vacib faktor immun sisteminin sağlam olmasıdır. Qan şəkərinin yüksək olması sadəcə simptomdur. Müalicə zamanı simptomu yaradan səbəblər aradan qaldırılmalıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev