Qaraciyəri yağlanmadan qorumaq üçün TƏBİİ ÜSULLAR
05.08.2021 13:33

Qaraciyər tez yağlanmağa ən çox meylli olan orqandır. Qaraciyərin bütün hüceyrələrində cüzi miqdarda lipidlər və yağlar var.

 

Bunların miqdarı normadan artıq olarsa, qaraciyərdə yağlanma hesab olunur. Ancaq az miqdarda yağlılıq qorxulu hesab olunmur. Əgər qaraciyərdə yağlılıq 10 faizi keçərsə, bu, artıq həyəcan siqnalıdır. Lipidlər qaraciyər hüceyrələrinin içərisində artdıqca, hüceyrələr zədələnir, qaraciyərdə müəyyən iltihabi reaksiyalar gedir, nəticədə qaraciyərin fibrozu, qaraciyər sirrozu, xərçəngi, qaraciyər çatışmazlığı kimi ağır xəstəliklər yarana bilər.

 

Qaraciyər yağlanmasının səbəbləri

 

Qaraciyər yağlanması əsasən, spirtli içkilərlə bağlı olur. Digər səbəblər isə birbaşa yaşam tərzi ilə bağlı faktorlardır. Hərəkətsizlilik, çox yağlı qidaların qəbulu və diabet bu xəstəliyin səbəbərindən hesab olunur. Qaraciyərdə yağlanma ilkin olaraq, özünü ciddi büruzə verməsə də, vaxt keçdikcə ağırlaşa bilər.

 

Təbii müalicə üsulları

 

Yaşıl çay yağlanmaya qarşı ən effektiv dərmanlardan hesab olunur. Qaraciyərin yağlanmasını əngəlləyən biri də limondur. Şərq təbabətində limon qara və ağciyər xəstəliklərini sağaldan, müxtəlif zəhərlənmələrdə zəhər əleyhinə gözəl vasitə hesab olunurdu.

 

Sarıkök də qaraciyər yağlanmasının qarşısını alır. Sarıkökü meydana gətirən element kurkumindir. Sarıkök maddələr mübadiləsini nəzarət altına almağa və çəkini qorumağa kömək edir. Elm adamları nizamlı sarıkök istifadəsinin həzm sisteminə də yaxşı təsir etdiyini açıqlayıblar.

 

Təbii süd və süd məhsulları qaraciyər üçün çox faydalı olan essensial fosfolipidlərlə zəngindir. Qaraciyərin sağlamlığı üçün bu məhsulları hər gün istehlak etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev