Osteoxondrozun cavan insanlarda inkişaf etməsinin SƏBƏBİ
05.08.2021 12:47

Osteoxondroz onurğa sütununda olan xroniki distrofik prosesdir.

 

Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verib.

 

Həkimin sözlərinə görə, hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır.

 

Statistikaya görə, damar problemlərindən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərindən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər. Müasir insanın həyatı gündən-günə avtomatlaşdırılır. Müasir həyat tərzi daha hərəkətsizdir - məişətdə paltaryuyan, qabyuyan maşınlar istifadə olunur. İnternet vasitəsilə evdən çıxmadan insan hər bir şey əldə edə bilir və s. Bütün bu rahatlıqlar isə insanı daha zəif edir.

 

Boyun osteoxondrozu zamanı bu kimi simptomlar meydana çıxa bilər:

 

- boyun hissəsində daim ağrılar;

- qollarda və çiyinlərdə ağrılar, keyləşmə, “qarışqaların gəzişməsi” hissi;

- boyunun hərəkətliliyinin məhdudlaşması. Bəzən insan hiss edir ki, boynunu tərpədə bilmir və başını yanlara çevirmək üçün bədənini çevirməli olur;

- baş gicəllənməsi;

- başda ağırlıq hissi;

- tez-tez təkrarlanan baş ağrıları;

- ənsə nahiyəsində ağrı;

- qulaqlarda küy;

- daim yorğunluq hissi;

- görmə və eşitmənin pisləşməsi;

- yuxusuzluq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev