Xaçmaz Reabilitasiya Mərkəzi yenidənqurmadan sonra istifadəyə verildi
25.08.2020 14:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xaçmaz Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

 

Aztibb.az xəbər verir ki, müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.

Xaçmaz Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə keyfiyyətli reabilitasiya xidmətlərinin göstərilməsi üçün müasir tələblərə uyğun şərait yaradılıb. Burada müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər yeni prosedurlar tətbiq olunacaq. Mərkəzdə Xaçmaz və ətraf rayonlar üzrə il ərzində əlilliyi olan 600 şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstəriləcək.

 

Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə sosial proqramların daha da genişləndirilməsi, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işləri geniş vüsət alıb. Ötən il nazirliyin Yevlax və Naftalan Reabilitasiya mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu istiqamətdə işlər davam edir.
Nazir müavini deyib ki, avqustun 11-də Lənkəran şəhərində, 18-də isə Şəki şəhərində Reabilitasiya mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu gün isə daha bir reabilitasiya müəssisəsi Xaçmaz şəhərində açılır. Beləliklə, avqust ayında artıq üçüncü reabilitasiya müəssisəsidir ki, istifadəyə verilir. Bu isə əlilliyi olan şəxslərin həm reabilitasiya imkanlarının artmasına, həm də onların müasir tələblərə uyğun bərpa-müalicə xidmətləri ilə təminatına imkan yaradır.

 

H.Abdullayev bu il Sumqayıt və Şirvan Reabilitasiya mərkəzlərinin, Şağan Reabilitasiya Pansionatının da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. Bildirib ki, 2020-ci ildə Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya mərkəzlərinin açılması da planlaşdırılıb. Ümumilikdə, bu il nazirliyin yeni 8 reabilitasiya müəssisəsinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 28 minə çatacaq.

 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonda belə bir müasir reabilitasiya ocağının yaradılmasının sosial sahəyə, həssas qruplara dövlət qayğısının daha bir əyani təzahürü olduğunu vurğulayıb.

 

Əlilliyi olan şəxslər çıxış edərək, onların sosial təminatının gücləndirilməsi sahəsində atılan addımlara, eyni zamanda, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır