ABŞ-ın ölkəmizdəki səfiri Şəki Rayon Mərkəzi Xəstəxanasında olub
05.08.2021 09:53

ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer avqustun 4-də Şəki şəhərində olub.

 

Səfər zamanı səfir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və UNICEF tərəfindən TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfdaşlığı ilə həyata keçirilən və “PROACT” Təlim Proqramı çərçivəsində Şəki Rayon Mərkəzi Xəstəxanasında təsis edilən Təlim Mərkəzinin fəaliyyəti ilə tanış olub.


Mərkəzlə tanışlıqdan sonra media nümayəndələrinə açıqlama verən səfir Li Litzenberqer Şəkinin Mərkəzi Xəstəxanasında yaradılan Təlim Mərkəzində olmağından məmnunluğunu bildirib.

 

Səfir keçirilən təlimlərin bu bölgədəki səhiyyə işçilərinin COVID-19-la mübarizə bacarıqlarının və eyni zamanda, peşə bacarıqlarının artırılması məqsədi daşıdığını qeyd edib. Onun sözlərinə görə, bu layihə çərçivəsində 500-dən çox səhiyyə işçisi və mütəxəssisi təlimlərə qatılıb: "Azərbaycanın qlobal pandemiya ilə üzləşdiyi bir vaxtda ölkə vətəndaşlarının həyatlarının qurtarılması, onların sağlamlıqlarının təmin edilməsi üçün böyük səylər göstərmiş səhiyyə işçilərinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın müxtəlif yerlərində 12 belə Təlim Mərkəzi açılıb.

 

Bu Təlim mərkəzləri ABŞ hökumətinin Azərbaycan Respublikasına COVID-19 ilə mübarizə aparmaq üçün ayırdığı 7 milyon ABŞ dolları məbləğində vəsait hesabına həyata keçirilib. Ölkələrimizin əl-ələ verərək, əməkdaşlıq edərək əldə etdiyi nəticələrlə böyük fəxarət hissi duyuram. Gözəl, füsunkar Şəki şəhərində olmaqdan çox məmnunam”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır