"Fizioterapiya və reabilitasiya parkinson xəstəliyinin əsas müalicə proqramıdır" - Osteopat Pərvin Əkbərov
04.08.2021 14:24

Parkinson xəstəliyi alzheymer xəstəliyindən sonra ən cox rast gəlinən degenerativ xəstəlikdir. Fizioterapiya və reabilitasiya üsulu bu xəstəliyin əsas müalicə proqramıdır.

 

Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat verib.

 

Həkimin sözlərinə görə, parkinson xəstələrinə nizamlı şəkildə məşqlər təklif edilir. Həmçinin ağrı, səhər saatlarında yuxululuq, mədə-bağırsaq fəaliyyətində yavaşlama, yuxu davranış pozuntusu, qəbizlik, depressiya və digər parkinson xəstəliyinin qeyri-motor simptomlarının reabilitasiyasına yönəlik terapiyalar tətbiq olunmalıdır.

 

Parkinson xəstəliyində dərman müalicəsinə əlavə olaraq xəstələrin gündəlik həyatlarında daha müstəqil və rahat olması, xəstəlik əlamətlərinin aradan qaldırılması və ya ən azından inkişafının qarşısının alınması üçün fizioterapiya proqramı verilir. İstifadə edilən başlıca müalicə üsulları hidroterapiya, bimanual müalicə, elektroterapiya kimi təməl fizioterapiya texnikalarıdır.

 

Bundan əlavə, hər xəstəyə məşq proqramı hazırlanır və bu proqram xəstənin həyatını asanlaşdırmaq üçün vacibdir. Təlim proqramına uyğunlaşmaqla xəstələr ikincili ağırlaşmalardan qurtula bilirlər.

 

"Reabilitasiyanın əsas hədəfi dayaq-hərəkət pozğunluğunun korreksiyası və məcburi hipodinamikanın arzuolunmaz nəticələrinin qarşısının alınmasıdır", -deyə, həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev