Böyrək nəqli zamanı böyrək verən donorun gələcəkdə dializ müalicəsi alma riski varmi? - Nefroloq AÇIQLADI
04.08.2021 14:23

"Böyrək nəqlindən sonra böyrəyini bağışlayan donorda gələcəkdə böyrək çatışmazlığının yaranma riskinin məhz bu səbəbdən artmasın ehtimalı yoxdur".

 

Aztibb.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov sosial şəbəkədə məlumat verib. 

 

Həkimin sözlərinə görə, bu günə qədər Amerikada 75 min insan yaxınlarına böyrək bağışlayıb. Amerika və Avropada bugünə qədər aparılan statistik araşdırmalara görə, heç bir böyrək donoru olan insanda böyrək çatışmazlığı əmələ gəlmə riskinin artması qeydə alınmayıb.

 

B.Yusubov qeyd edib ki, Amerika və Avropada canlıdan orqan nəqlinin artması üçün yaxınlarına böyrək bağışlanması işinə orqan bağışı müəssələri və dövlət qurumları tərəfindən dəstək verilir. Cəmiyyət içində minlərlə insan tək böyrəklə anadan olur və bu insanlar sağlam həyat yaşayırlar.

 

"Bəzi böyrək xəstəlikləri və ya qəzalar nəticəsində də insanların bir böyrəyin götürülməsi lazım ola bilər. Bu hallarda həmin insanların böyrək çatışmazlığı olma riski normal insanlardan fərqli deyil. Bir çox xəstəliklər hər iki böyrəkdə eyni zamanda başlayır. Yəni hər hansı bir şəxsdə böyrək çatışmazlığının inkişafı onun iki böyrəkli olması və ya tək böyrəkli olmasına bağlı deyil. Əksinə əgər bir zaman böyrək çatışmazlığı kimi bir xəstəliklə üzləşmə riskiniz varsa ,ən azından bir böyrəyinizi donor olaraq yaxınınıza verib onun sağalmasına səbəb ola bilərsiniz", - deyə həkim vurğulayıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev